Limitdən artıq yanacaq alanlar üçün qiymət də artır…

Neft məhsullarının pərakəndə satışında dövlət qiymətlərinin tənzimlənməsi ilə bağlı qiymət həddini uzatmaq planlaşdırılır.

Bu barədə Qazaxıstan Respublikasının Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Belə ki, hökumət “Dövlət qiymət tənzimlənməsi müəyyən edilmiş neft məhsullarının pərakəndə satışı üzrə  qiymət həddinin müəyyən edilməsi haqqında” energetika nazirinin 19 may 2015-ci il tarixli 361 nömrəli əmrinin müddətinin uzadılması nəzərdə tutulur.

Sərəncam layihəsinə əsasən, aşağıdakı markalı benzinin qiymətləri eyni səviyyədə saxlanılır:

 Aİ-80 – litri 89 tengə (təqribən 0.33 AZN ), Kostanay və Şimali Qazaxıstan vilayətlərində Aİ-92 və Aİ-93 markalı benzinin qiymətləri litri 187 tengədir (0.68 - AZN), Qazaxıstanın digər bölgələrində - litri 182 tengə (0.67 AZN), dizel yanacağının qiymətinin  litri İsə  450 tengədir (1.65 AZN).

Dizel yanacağı üçün isə Qazaxıstanda verilmiş sürücülük vəsiqəsi təqdim edildikdə - regiondan asılı olaraq, gündə litri 230-260 tenge (0.84 - 0.95 AZN) qiymətində 100 litr həcmində, yük maşınları, xüsusi, ixtisaslaşdırılmış nəqliyyat vasitələri və avtobuslar üçün isə QR-də nəqliyyat vasitəsinin qeydiyyatı haqqında şəhadətnamə təqdim edildikdə, sutkalıq təsdiqlənmiş limit regiondan asılı olaraq litri  230-260 tengeyə - 300 litr təşkil edir.

Qalan kateqoriyadan olan şəxslərə, eləcə də müəyyən edilmiş limitdən çox alanlara dizelin litri 450 təngədən veriləcək.

Sərəncam layihəsi Energetika Nazirliyinin internet saytında dərc olunub.

Qeyd edək ki, Qazaxıstan avtomobil nəqliyyatı ilə benzin, dizel yanacağı və bəzi növ neft məhsullarının ixracına qoyulan qadağanın müddətini də uzadılması planlaşdırır.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN