Azərbaycanın AZAL şirkəti 2023-cü ilin yay cədvəli çərçivəsində 9 istiqamət üzrə 29 avroya aviabiletlərin satışa çıxarılacağını elan edib.
Bu barədə şirkətin sosial şəbəkə hesablarında məlumat paylaşılıb. Məlumatda martın 26-dan oktyabrın 29-dək həyata keçiriləcək uçuşların hava yollarının aşağıbüdcəli “Buta Airways” aviaşirkəti tərəfindən minimal “Büdcə” tarifi ilə həyata keçiriləcəyi və 10 000 biletin onlayn satışının planlaşdırıldığı bildirilib. Ötən gün saat 16:00-da biletlər satışa çıxarılmalı olsa da, qeyd edilən saatdan etibarən saytın onlayn satış bölməsi işləməyib.
KİV-in məlumatına görə, sözügedən təklif Ankara, İzmir, İstanbul (Sabiha Gökçen Hava Limanı), Tbilisi, Aktau, Həştərxan, Mineralnıye Vodı, Kazan və Ufa şəhəri üzrə keçərlidir. Biletə əl yükü və baqaj daxil deyil.
TEZADLAR.AZ