Türkiyə dünyanın ilk pilotsuz uçuş aparatlarının yerləşdirilməsi üçün nəzərdə tutulmuş təyyarədaşıyıcı gəmisini istifadəyə verib və ictimaiyyətə təqdim edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazır.

Nəşrin məlumatına görə, gəmi İstanbulda dayanıb və bir həftə ərzində ictimaiyyətə açıq olacaq. Lakin ora yalnız Türkiyə vətəndaşları qalxa biləcək.

Nəşrin Telegram kanalında yerləşdirilən fotolardan görünür ki, təyyarədaşıyan gəmiyə yaxınlaşmalar barmaqlıqlarla bağlanıb və onun yanında hərbçilər növbə çəkir.

Əvvəllər məlum olub ki, Türkiyə aprelin sonunda geniş ictimaiyyətə gəmilərə enə bilən pilotsuz uçuş aparatını nümayiş etdirmək niyyətindədir. Pilotsuz aparatı Türkiyənin Baykar şirkəti hazırlayıb. Impact Bayraktar TB3 ilk dəfə aviasiya və kosmik texnologiyalar festivalında - TEKNOFEST-2023-də təqdim olunacaq. Bu il sınaq uçuşları başlayacaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN