Twitter populyar bloqçulara sosial şəbəkənin yazılarına şərh yazan istifadəçilərə göstərdiyi reklam gəlirinin bir hissəsini ödəməyə başladı. “TechCrunch” qeyd edir ki, Twitter Blue-a abunə olan və son üç ay ərzində hər ay beş milyondan çox tvit baxışı toplayan bloggerlər pul qazana bilərlər.

Sosial şəbəkənin sahibi İlon Maskın sözlərinə görə, müəlliflərə ödənişlərin birinci mərhələsi beş milyon dollar təşkil edəcək. Təxminən 750 min izləyicisi olan jurnalist və yazıçı Brayan Krassenşteyn Twitter tərəfindən ona 24,305 dollar, siyasi şərhçi Benni Conson (1,7 milyon izləyici) isə 9,546 dollar qazandığını iddia edir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN