Azərbaycanda mobilliyin transformasiyası proqramı çərçivəsində yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılacaq.

Yeni avtobus şəbəkəsi xidmət səviyyəsinin yüksəlməsini təmin edəcək.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Agentlikdən verilən məlumatda qeyd olunub ki, hazırda hədəfdə Bakı avtobus şəbəkəsi üzrə 250-dən çox avtobusun istismara verilməsi və marşrutlar arasında avtobusların paylanmasının optimallaşdırılması var: “Marşrut şəbəkəsinin optimallaşdırılması ilə əlçatanlığın 90%-dən çox artırılması gözlənilir. Paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə bütün marşrut xətləri təhlil edilib”.

2022-ci illə müqayisədə ötən il xətlərə əlavə 200 avtobus buraxılıb.

Agentlikdən verilən məlumatda bildirilib ki, hazırda respublika üzrə avtobus parkının təhlili aparılır: “Müntəzəm avtobus marşrutları mərhələli qaydada müsabiqəyə təqdim olunur".

"Müsabiqələrdə balanslarında müasir və saz vəziyyətdə avtobusları olan daşıyıcılar iştirak edir və qalib gələrək xətlərin istismarını həyata keçirirlər”, - deyə vurğulanıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) marşrut xətlərində avtobus sayını gündəlik nəzarətə götürüb. Avtobusların hərəkətində faziləsizlik təmin edilir.

Bu barədə AYNA-dan bildirilib.

Agentlikdən verilən məlumata görə, müəyyən xətlər üzrə avtobuslararası interval azaldılıb, bəzi marşrut xətlərində isə kiçiktutumlu avtobuslar iritutumlu nəqliyyat vasitələri ilə əvəzlənib.

“Sərnişindaşıma imkanlarının artırılması üçün daşıma göstəricisi aşağı olan marşrutlara avtobuslar əlavə olunub”, - deyə vurğulanıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN