STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək. Belə ki, Mərkəzi Avrasiya regionu Beynəlxalq Kosmik Texnologiyalar Konfransı (STC) təşkilatının hüquqları 2025-ci ildə Azərbaycana verilib.

Qeyd edək ki, bu qərar Türkiyə Kosmik Agentliyinin (TUA) təşkilati dəstəyi ilə Ankarada keçirilən STC-in üçüncü konfransının yekunlarına görə qəbul olunub.

Ankarada keçirilən sözegedən tədbirdə dünyanın onlarla ölkəsinin kosmik agentliklərinin və şirkətlərinin 350-dən çox təmsilçisi, o cümlədən Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) nümayəndə heyəti də iştirak ediblər.

Onu da qeyd edək ki, STC – Avrasiya regionunda kosmik sahənin perspektivlərinin dialoqu və müzakirələri, eləcə də bu sahədə uzunmüddətli tərəfdaşlığın qurulması üçün dünyada tanınmış bir platformadır.

Sonda vurğulayaq ki, konfrans çərçivəsində yeni peyk texnologiyaları, təhlükəsizlik, maliyyələşdirmə və bu sahənin tənzimlənməsi mövzusunda fikir mübadiləsi aparılıb. Eyni zamanda bu istiqamətdə 50-dən çox görüş təşkil olunub.

RÖVŞANƏ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN