Səfərbərlikdən yayınan Rusiya vətəndaşlarını hansı cəza gözləyir?

 Rusiyada elan olunmuş səfərbərlikdən sonra miqrant axınının artma təhlükəsi yaranıb.

 Qazaxıstan mətbuatının yazdığına görə, Rusiya ilə Ukrayna arasında münaqişə başlayandan bəri hər iki ölkənin kifayət qədər çox vətəndaşı - ən azı 200 min nəfəri Qazaxıstana köçüb.

   İndi Rusiya Federasiyasında elan edilən qismən səfərbərlikdən sonra orduya çağırılmamaq istəyənlərin hesabına miqrant axınının arta biləcəyi söylənilir.

 Bununla belə, xidmətdən yayınmaq üçün Rusiyanı tərk etmək Rusiya Federasiyasının qanunvericiliyi nöqteyi-nəzərindən təhlükəli işdir. “Express K” qeyd edir ki, “Səfərbərlik hazırlığı və səfərbərlik haqqında” federal qanuna əsasən, hərbi qeydiyyatda olan vətəndaşların yaşayış yerini tərk etmək hüququ yoxdur.

 Hərbi qeydiyyatda olan vətəndaşlara səfərbərlik elan edildiyi andan hərbi komissarlıqların, ehtiyatda olan federal icra hakimiyyəti orqanlarının icazəsi olmadan yaşayış yerini tərk etmək qadağandır. Bu barədə qanunun 21-ci maddəsində deyilir.

 Bundan əlavə, səfərbərlik elan edilərkən hərbi xidmətə çağırılacaq vətəndaşlar toplanış məntəqələrinə gəlməlidirlər. Aydındır ki, ölkəni tərk etsələr, bunu edə bilməyəcəklər. Və burada, yəqin ki, səfərbərlikdən yayınmanın 10 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırıldığı Rusiya Federasiyası Dövlət Dumasının təsdiq etdiyi düzəlişlər işə yarayacaq.

Səfərbərlikdən yayınmaq üçün hələ də Rusiyadan Qazaxıstana getmək qərarına gələnlər beynəlxalq axtarışa veriləcək. Daha sonra iki ölkə arasında bağlanmış müqavilələrə uyğun olaraq, Qazaxıstan axtarışda olan şəxsləri ekstradisiya etməli və Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarına təhvil verməli olacaq....

Xatırladaq ki, Putinin 3 gün öncə imzaladığı qismən səfərbərlik haqqında fərmandan sonra minlərlə insan ölkəni tərk etməyə başlayıb. Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstana üz tutanların sayı artıb. Bu istiqamətlərdə aviabiletlərin qiyməti nəzərəçarpacaq dərəcədə yüksəlib.

JASMİN 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN