Baş nazir İrakli Qaribaşvili Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində ermənistanlı həmkarı Nikol Paşinyanla görüşüb.
Gürcüstan KİV-nin məlumatına görə, bu barədə hökumət administrasiyası məlumat yayıb. Bildirilib ki, baş nazirlər iki ölkə arasında əməkdaşlığın gündəliyindəki əsas məsələlərə nəzər yetiriblər. Görüşdə Cənubi Qafqazda cari vəziyyətə də diqqət yetirilib, münaqişələrin dinc yolla həllinin vacibliyi vurğulanıb. Hökumət başçısının sözlərinə görə, Nikol Paşinyanla görüşdə regionda və onun hüdudlarından kənarda sülh və sabitliyin kritik əhəmiyyəti də müzakirə olunub. Baş nazir İrakli Qaribaşvili vasitəçilik rolunu davam etdirməyə, regionda və ondan kənarda sülh və sabitliyə töhfə verməyə hazır olduğunu bildirib.
TEZADLAR.AZ