Ağdamda bir neçə yeni pilot layihə tətbiq edilir. Prezidentin tapşırığı ilə layihələndirilən bütün işlərə start verilib və bəzi işlərdə isə sürət artırılıb. Qarşımıza 2026-cı ilə qədər bir çox iqtisadi hədəflər qoyulub. Ağdam, Füzuli, Tərtər, Ağcabədi ərazilərində çoxsaylı infrastruktur layihələrinə başlanılıb. İlkin olaraq, 20 ailənin köçürülməsi üzrə işlər sürətlənib. Ümumi olaraq cəmi 15999 ev tikiləcək. Ağdam şəhərində isə 5608 evin tikilməsi nəzərdə tutulur.

Bunu Ağdamda Şəhərsalma üzrə işçi qrupunun növbəti iclasında çıxışı zamanı Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

Onun sözlərinə görə, Ağdamda 2 yaşayış məhəlləsinin layihələndirilməsi başlanılıb: “Daha iki layihə də nəzərdə tutulur. 2023-cü ildən bu layihələr hissə-hissə yerinə yetiriləcək. Dövlət tərəfindən kifayət qədər vəsait ayrılıb”.

TEZADLAR.AZ
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN