Faizlə pul vermək adı ilə insanların mənzilləri, torpaq sahələri əlindən alınıb
***
Qazaxıstan Respublikasının Şimkənd (Çimkənd) şəhərində vətəndaşların mənzillərini və torpaq sahələrini qanunsuz zəbt edən fırıldaqçılar saxlanılıb.
Bu barədə polisin instaqram səhifəsində məlumat yayılıb.
25 nəfər Şimkənd sakininin ifadəsinə əsasən, şəhər polis şöbəsi dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə və sənədləri saxtalaşdırma maddələri ilə iki notarius və daha üç nəfər barəsində ibtidai istintaq aparıb.
“Cinayət işinin materiallarına əsasən, şübhəlilər faizlə kredit vermək adı ilə Şimkəndin etibar edən sakinlərini çaşdıraraq alqı-satqı müqavilələri bağlayıb, sonradan onların mənzillərini və torpaq sahələrini qanunsuz olaraq ələ keçirib və daha sonra üçüncü şəxslərə yenidən satıblar”,- deyə bildirilir.
Qeyd edək ki, saxtakarlıq sxeminin təfərrüatları nəzarət orqanında üzə çıxıb. Şübhəlilər həbsdədir və cinayət işi məhkəməyə verilib.
Xatırladaq ki, Şimkent QazaxıstandaTürküstan vilayətinin inzibati mərkəzidir, əhalisinə görə ölkənin üçüncü şəhəridir. Həmçinin ən iri sənaye, ticarət və mədəni mərkəzlərindən biridir.
JASMİN