MMA üçüncü ölkələrə ixracı məqsədi ilə boz idxal sxemini aşkar edib

Qazaxıstanın Maliyyə Monitorinq Agentliyinin (MMA) Pavlodar vilayəti üzrə departamentinin əməkdaşları vilayətin nəqliyyat prokurorluğunun koordinasiyası ilə Rusiya taxılının Qazaxıstan ərazisindən üçüncü ölkələrə ixracı məqsədi ilə boz idxal sxemini aşkar ediblər.

"Müəyyən edilib ki, MMC-lərdən biri 2021-2022-ci illər ərzində Özbəkistan, Əfqanıstan və Tacikistana  1 milyard təngə dəyərindən çox 8,3 min ton həcmində Rusiya taxılını ixrac edib", - deyə MMA-dan bildiriblər.

Eyni zamanda, qeyd edildiyi kimi, Qazaxıstan şirkəti güzəştli ixrac tarifi əldə etmək üçün yerli kəndli təsərrüfatlarının guya, Qazaxıstan mənşəli olduğunu təsdiq edən uydurma hesab-fakturalarından istifadə edib ki, bu da tranzit tarifindən yayınmağa və “QDY Yük Daşımaları” MMC-yə (Qazaxıstan Dəmir Yolları Yük Daşımalarına - red) təxminən 150 milyon tenge məbləğində ziyan vurmağa imkan verib.

Agentlik əlavə edib ki, ibtidai istintaq davam edir.

Qeyd edək ki, Boz idxal - müəllif hüququ sahibinin icazəsi olmadan hər hansı ticarət nişanı olan məhsulların ölkəyə idxalıdır. Yəni mallar ölkəyə rəsmi dilerlərin idxalı ilə paralel olaraq daxil olur. Paralel idxal əqli mülkiyyət hüquqları ilə sıx bağlıdır.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN