İnsanlar “kokainli binalarda” yaşayacaqlar...

Artıq Ekvadorda o qədər çox kokain müsadirə olunub ki, onu harada saxlamaq üçün baş sındırırlar.

Çarəsini isə ev tikintisində istifadədə tapıblar.Belə ki, indi ölkə hakimiyyəti bundan evlərin tikintisində istifadə etmək qərarına gəlib. Bu barədə Warnet.ws portalı məlumat yayıb.

Müsadirə edilmiş yüzlərlə blok həftədə emal müəssisələrinə təhvil verilir, orada narkotiklər digər tullantılarla birlikdə əzilir və hamısı toz halına gətirilərək sement, qum və su ilə qarışdırılır. Və bundan sonra həmin kütlə anbarların tikintisi üçün bünövrəyə qoyulur.

Narkotiklərin təkrar emalının bu üsuluna inkapsulyasiya deyilir. Bu metod kokain yandırmaqdan 4 dəfə daha sürətli və ekoloji cəhətdən sərfəlidir.

Göründüyü kimi, Ekvador artıq bununla bağlı bir ilkə imza atmış oldu. Bununla da preparatı  tikinti sementi kimi istifadə edən ilk ölkələrdən biri oldu. Qeyd olunur ki, artıq ölkədə 350 tondan çox kokain emal olunub.

***

Maraqlısı budur ki, hökumt kokain müsadirəsi ilə ölkədə bu narkotikin kökünü kəsə bilməyəcəyini anladığından, heç olmasa tikintidə istifadə edərək, bu  yolla xeyir götürməyə qərar verib... Əlbəttə, bu üsula bəziləri birmənalı baxmasa da...

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN