Bu yay istirahətini özü planlaşdıran turistlər Soçi, Bakıda və İstanbulda dincəlmək qərarına gəliblər.Bu nəticəyə sorğuya əsasən gəlinib.
Tutu.ru portalının məlumatına görə, ruslar artıq yay üçün aktiv şəkildə reyslər bron edirlər. Turistlər əsasən Rusiya ətrafında səyahətə maraq göstərirlər (93%), Soçi isə populyarlıq baxımından əsas istiqamət olaraq qalır (35%). Həmçinin səyahətçilər Moskva, Sankt-Peterburq, Kalininqrad və Minvoda bilet bron edirlər. Ən populyar xarici istiqamətlər Bakı, Antalya, İstanbul, Daşkənd və İrəvandır. Çox vaxt səyahətçilər paytaxtın hava qovşağından bu şəhərlərə uçmağı planlaşdırırlar.
Qeyd edək ki, ötən il Azərbaycanda ötəllərdə gecələyən turistlər daha çox Səudiyyə Ərəbistanından, Rusiyadan və BƏƏ-dən olmuşdur.
Belə ki, sıralama faiz göstəricisinə görə aşağıdakı kimidir:
19,7 faizi Səudiyyə Ərəbistanı,
11,2 faizi Rusiya Federasiyası,
10,0 faizi Birləşmiş Ərəb Əmirlikləri,
8,2 faizi Türkiyə,
4,3 faizi Küveyt,
4,1 faizi İsrail,
3,9 faizi Hindistan,
3,4 faizi ABŞ,
3,1 faizi Böyük Britaniya,
2,3 faizi Pakistan,
1,6 faizi Qazaxıstan,
1,5 faizi Qətər,
1,4 faizi Almaniya,
1,2 faizi Özbəkistan,
1,1 faizi Gürcüstan,
1,1 faizi İtaliya,
1,0 faizi İran,
0,9 faizi Oman,
0,7 faizi Çin,
0,6 faizi Niderland,
0,6 faizi Ukrayna
18,1 faizi isə digər ölkələrin vətəndaşları.
Ola bilsin ki, bu il Rusiya vətəndaşları say etibarilə Səudiyyə Ərəbistanından gələcək turistləri geridə qoysunlar.
JASMİN