İraq hökuməti Kərkükdə türkmən dilini rəsmi dillərə əlavə edib.

TEZADLAR.AZ  İraqın rəsmi xəbər agentliyi olan İNA-nın məlumatına istinadən xəbər verir, baş nazir Məhəmməd Şia es-Sudani rəsmi yazışma dilləri arasında türkmən dilinin istifadə edilməsi barədə göstəriş verib.

 İraq Baş Nazirliyinin katibliyi Kərkük valiliyinə məktub göndərərək Kərkükdə rəsmi yazışmalarda yalnız ərəb və kürd dillərindən istifadə etməsini istəyib. Bu qərara Kərkükdə yaşayan türkmənlər əks reaksiya verib.

 İraq Türkmən Cəbhəsi (İTC) Siyasi Bürosu baş nazir Məhəmməd Şiya es-Sudaniyə zəng edərək qərarın ləğvini istəyib.

İraq Parlamenti Türkmənlər Qrupunun yaydığı bəyanatda Kərkükdə türkmən dilinə məhəl qoyulmaması qərarının konstitusiyaya zidd olduğu və qəbul edilmədiyi bildirilib.

  Türkiyə də qərarın ləğvini istəyirdi. Ölkənin Xarici İşlər Nazirliyindən verilən açıqlamada yazılırdı: “Qərar İraqın qurucu millətlərindən biri olan türkmənlərin əsas hüquqlarının pozur. Bu cür addımlar türkmənlərin haqq və həssaslıqlarını qulaqardına vurmaqdır. İraq  dövləti və Kərkük vilayətinin aparıcı cəmiyyəti olan türkmənlərin Kərkükdə rahat yaşamasına icazə verilmir ki, bu da xalq mədəniyyətinin qurulması səylərinə zərər verə bilər. Biz İraq hakimiyyətini bu qərarı tez bir zamanda nəzərdən keçirməyə çağırırıq”.

TRT

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN