“İqtisadi sektorların yeni reallıqlara uyğunlaşması olacaq və yeni sabitləşmə gələcək”...
Rusiya Federasiyasının “Sberbank” rəhbəri çoxdandır enişə doğru gedən rublun möhkəmlənəcəyi qənaətindədir.
O, hətta bunun baş vermə mexanizmini də açıqlayıb.
Belə ki, “Sberbank”ın rəhbəri German Qref bildirib ki, rublun məzənnəsinin həddən artıq aşağı səviyyədə olması üçün heç bir ilkin şərt yoxdur. Onun sözlərinə görə, gələcəkdə Rusiya valyutasının məzənnəsi möhkəmlənəcək.
“İqtisadi sektorların yeni reallıqlara uyğunlaşması olacaq və yeni sabitləşmə gələcək. Mən əmin deyiləm ki, hazırda məzənnə optimal səviyyədədir, mən hesab edirəm ki, o, güclənməlidir, əlbəttə ki, keçən ilki həddən artıq aşağı səviyyələrə düşməyəcək”, - deyə Qref bəyan edib.
O, daha sonra bazar məzənnəsini üzən (məzənnə-red) ilə müqayisə edib.
“Allaha şükür ki, üzən mövcuddur. Biz problemi qiymətlərə müdaxilə etməyə çalışdıqları ölkələrin iqtisadiyyatlarında görürük. Bu üzəndiki indi sıçradı"- deyib.
Xatırladaq ki, bir neçə gün öncə Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, son 2 ayda rubl dollara nisbətən 14.0 faiz ucuzlaşıb və onun sözlərinə görə, rublun bu hala düşməsinin səbəbi RF-na tətbiq edilən sanksiyalardır.
O, "Rusiya daxil olmaqla, qonşu ölkələrin valyuta bazarlarında baş verənlərin manatın məzənnəsinə təsirlərinə gəldikdə isə, hazırda valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Amma Azərbaycanda hələ ki, məzənnə rejiminə keçirilməyib. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır", - deyə vurğulayıb.
Qeyd edək ki, iyunun əvvəlindən rubl xarici valyutalar qarşısında dəyər itirməyə başlayıb və indi ötən ilin mart ayının rekordlarını qırıb. Bu gün Moskva birjasında ticarət zamanı avronun məzənnəsi iyulun 6-da keçirilən ticarətin ilk yarım saatında 100 rublu ötüb. Avro keçən il martın 29-dan bəri ilk dəfə bu həddi keçib. Dolların məzənnəsi ticarətin ilk yarım saatında 92 rubldan yuxarı qalxıb - 28 mart 2022-ci ildən bəri ilk dəfə...
Y.MƏMMƏDLİ