Rusiya tərəfi "taxıl müqaviləsi"nin uzadılmasına razılıq verməsə, taxıl sazişi iyulun 17-də başa çatır.
Müddəti başa çatmaqda olan “taxıl müqaviləsi” üzrə sonuncu gəmi iyulun 16-da səhər tezdən Odessa limanını tərk edib.
Reuters agentliyinin məlumatına görə, Rusiya iyunun 27-dən etibarən yeni gəmiləri qeydiyyata almaqdan imtina edib və Moskva onun uzadılmasına razılıq verməsə, "taxıl müqaviləsi" bazar ertəsi günü başa çatır.
BMT-nin sözçüsü cümə günü bildirib ki, baş katib Antonio Quterres Rusiya prezidenti Vladimir Putindən razılaşmanın uzadılması təklifi ilə bağlı cavab gözləyir.
JASMİN