Körfəz ölkələri “ərəb şengen"ini təsdiqləyib.
Bu barədə Arabian Business məlumat yayıb.
Belə ki, altı körfəz ölkəsinin daxili işlər nazirləri Avropa Şengeninə bənzər vahid turist vizasını rəsmi olaraq təsdiqləyib.
Daha dəqiq desək, BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Oman və Bəhreyn belə bir sənədi qəbul etməyə hazırlaşır.
Tək viza turistlərə və sakinlərə əlavə sənədlər və icazələr almadan bu ölkələr arasında səyahət etmək imkanı verəcək. Hazırda bu altı ölkənin vətəndaşları bir-birinə vizasız səfər edə bilərlər, lakin xarici sakinlər turist vizası üçün müraciət etməlidirlər.
“Ərəb Şengeni”nin təsdiqi Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirlərinin 40-cı iclasında elan edilib. Görüşdə diplomatlar bu addımın regionun iqtisadiyyatının və turizminin inkişafına müsbət təsir göstərəcəyini bildiriblər.
***
Qeyd edək ki, Şengen ərazisinə 26 ölkə daxildir. Ancaq Şengen ərazisi ilə Avropa İttifaqının ərazisi eyni deyil ona görə də bu ikisini qarışdırmaq olmaz. Şengenə daxil olan ölkələr isə aşağıdakılardır:Avstriya, belçika, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İtaliya, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Malta, Niderland, Norveç, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, İspaniya, İsveç və İsveçrə.
Şengen vizası üçün konsulluq tərəfindən tələb olunan rüsum miqdarı 35 avro təşkil edir.
Həmin viza isə birdəfəli, ikidəfəli, çoxdəfəli olur
Məsələn, çoxdəfəli giriş vizasının minimum müddəti 6 ay, maksimum müddəti isə 5 ildir.
Y.MƏMMƏDLİ