Onların etibarlılıq müddəti 10 il olacaq.

Ukrayna prezidenti Vladimir Zelenski dekabrın 7-də imzaladığı fərmanla ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının tövsiyəsi ilə yeni sanksiyaları təsdiqləyib.

Bu barədə prezident aparatının saytı xəbər verib.

 Sanksiya siyahısına 181 fiziki və 185 hüquqi şəxs daxildir.

 Məhdudiyyətlərə  Özbəkistan Respublikasının “Foton” elektronika zavodu və onun direktoru, 1956-cı il təvəllüdlü Marifxoca Səidumarov da daxildir.

 Sanksiyalar arasında aktivlərin bloklanması, dövlət mükafatlarından məhrumetmə, lisenziyaların ləğvi, Ukrayna ərazisində tranzit və ticarət əməliyyatlarına məhdudiyyətlər, özəlləşdirməyə qadağa qoyulması və bəzi digər məhdudlaşdırıcı tədbirlər daxildir.

Onların etibarlılıq müddəti 10 il olacaq.

 Gazeta.uz-un məlumatına görə, “Foton” müəssisəsi Özbəkistanda özəlləşdirmə proqramına daxildir. İyul ayından Dövlət Aktivlərinin İdarə Edilməsi Agentliyi 85,6% dövlətə məxsus payın alınması üçün müraciətlərin qəbuluna başlayıb.

 Sentyabrın sonunda DAİEA “Foton”un dövlət payının özəlləşdirilməsi ilə bağlı öhdəlik təkliflərin qəbulu üçün son müddəti oktyabrın 9-dək uzadıb. Abrau Capital məsləhətçi kimi cəlb edilib.

 “Foton” zavodu 1942-ci ildə yaradılıb və bu gün təxminən 68 min kvadratmetr sahəsi olan iki istehsal müəssisəsi var.

 296 mütəxəssisin çalışdığı müəssisənin səhmlərinin 85,6 faizi dövlətə məxsusdur. “Foton” 30-dan çox növ yarımkeçirici məhsullar və mikrosxemlər, televizorlar, tozsoranlar və onlayn kassa aparatlarının istehsalı ilə məşquldur.

 2020-ci ilin dekabrında “Uzeltexsanoat” (Özbəkistanın Elektrotexnika Sənayesi Müəssisələri Assosiasiyası) Rusiya investorlarına “Foton”un dövlətə məxsus payını təklif edib.

 Zelenskinin fərmanına əsasən, məhdudiyyətlər Ukraynada müharibə üçün pilotsuz uçan aparatlarının istehsal olunduğu “Alabuqa” xüsusi iqtisadi zonasına, silah istehsalı üçün dəzgahlar tədarük edən “DMG Mori Rus” MMC-yə, “Uralvaqonzavod Konserni” ASC-yə, Elmi-texniki Mərkəzi Orion , "Ulyanovsk Dəzgah Zavodu", "Müasir Aviasiya Texnologiyaları" Dizayn Bürosu MMC və Rusiyanın hərbi-sənaye kompleksinin digər müəssisələrinə aiddir.

TEZADLAR.AZ xatırladır ki, ötən ay Prezident Vladimir Zelenski 23 noyabr tarixli fərmanı ilə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sanksiyalarını təsdiqləyib.

Siyahıya Rusiya Federasiyası, BƏƏ, Belarusiya və Özbəkistanda qeydiyyatdan keçmiş 93 şirkət daxildir.

Ukrayna hakimiyyəti sanksiya siyahısına “Axangarantsement” və onun təsisçisini, Özbəkistanın iki vətəndaşını, həmçinin “MegaFon”, “USM Telecom”, “Digital Invest” və Əlişir Usmanovun digər şirkətlərini, eləcə də onun tərəfdaşlarını daxil edib.

 Onların arasında “Axangarantsement” sement zavodu və onun sahibi Akkermann Cement CA da var. Sahibkar Əlişir Usmanovun USM holdinqinə daxil olan Rusiyanın “Akkermann Cement” şirkətinə qarşı da sanksiyalar tətbiq edilib.

Holdinqin digər şirkətləri də məhdudiyyətlərə məruz qalıblar – “MegaFon”, “Metalloinvest”, USM Telecom, USM Cement, USM Gold, USM Urban Mining, USM Markirovka, Digital Invest, Metalloinvest Trading AG, BƏƏ-dən Hamriyah Steel FZC poladəritmə zavodu (Metalloinvest-ə məxsusdur).

 JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN