İsrailin baş naziri Benyamin Netanyahu Fələstinin HƏMAS hərəkatı tərəfindən Qəzza zolağında saxlanılan girovların azad edilməsi üçün yeni razılaşmanın hazırlanmasına işarə edib.
Bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Ötən axşam jurnalistlərlə söhbətdə Netanyahu, KİV-in yaymış olduğu məlumata görə, Avropada İsrail və Qətər nümayəndələri arasında girovlar mövzusunda görüşlə bağlı sualları cavablandırmaqdan yayınsa da, lakin danışıqlar qrupuna göstəriş verdiyini təsdiqləyib.
Baş nazirin sözlərinə görə, İsrailin Qəzzaya hücumu noyabrda bəzi girovların azad edilməsi ilə bağlı razılaşmanın bağlanmasına kömək edib, ona görə də HƏMAS-a güclü hərbi təzyiq davam edəcək.
“Mənim danışıqlar qrupuna verdiyim göstərişlər bu təzyiqə əsaslanır, onsuz bizim heç nəyimiz yoxdur.
İsrail liderinin şərhi Qətərin Həmas və İsrail arasında mümkün olan yeni atəşkəslə bağlı danışıqların davam etdiyini təsdiqləməsindən sonra səsləndirilib.
“The Times of Israel” qəzeti İsrailin fövqəladə hərbi kabinetinin Qəzzada əsirlikdən daha çox girovu geri qaytarmaq üçün təklif olunan razılaşmanı müzakirə etmək üçün şənbə günü axşam toplaşdığını bildirib.
Qəzetin yazdığına görə, İsrail kəşfiyyat agentliyinin rəhbəri David Barnea və Qətər nümayəndələri arasında aparılan danışıqlarda müzakirə edilən razılaşmalar arasında İsrail həbsxanalarında saxlanılan yüksək rütbəli fələstinli məhbusların müqabilində yaşlı kişilərin və mülki şəxslərin azad edilməsi də var.
Xatırladaq ki, İsrail hakimiyyətinin noyabr ayında verdiyi məlumatına görə, 240-250 nəfər HƏMAS-ın əsirliyindədir. Onların əksəriyyəti İsrail vətəndaşlarıdır, o cümlədən ABŞ, Almaniya, Tailand və digər ölkələrin vətəndaşları olan ikili vətəndaşlığı olanlar da var.
Daha sonra HƏMAS və İsrail arasında humanitar atəşkəs elan edildi. Girov və əsirlərin də bir qismi azad edildi. Lakin bu hələ son deyil, çünki yenə də girovluqda, əsirlikdə olanlar var.
JASMİN