İsrailin müxalifətdə olan ''Yeş Atid'' partiyasının üzvü Meirav Kohen Baş nazir Benyamin Netanyahunun vəzifədən azad edilməsi ilə əlaqədar çağırış edib.

TEZADLAR.AZ xəbər verir ki, millət vəkili Meirav Kohen bu barədə rəsmi ''X'' internet səhifəsində etdiyi paylaşımda bildirib.
Kohen deyib: “Baş nazir uğursuzluğa düçar olanda, uğursuzluğa davam etdikdə və bu vəzifəyə uyğun olmadığında dərhal dəyişdirilməlidir. Bunu bizə II Dünya Müharibəsinin başlamasından təxminən 9 ay sonra 1940-cı ilin mayında baş nazir Nevil Çemberleni dəyişdirən ingilislər öyrədiblər." 
“İndi vaxtı deyil” deyənlərin olacağını ifadə edən Kohen: “Amma Çörçil müharibə zamanı Çemberleni əvəzləməsə və birlik hökuməti qurmasaydı, bu gün dünya necə olardı? Netanyahu uğursuzluğa düçar oldu'', - qeyd edib.
Netanyahunun müharibədən sonra ölkənin cənub və şimalındakı evlərini boşaldan israillilərin problemini həll edə bilmədiyini ifadə edən Kohen 2023-cü il büdcəsinin təhlükəsizlik baxımından uğursuz bir büdcə olduğunu dilə gətirib.

trt

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN