“Düşünürəm ki, gələn il Qırğızıstan-Azərbaycan İnkişaf Fondu fəaliyyətə başlayacaq”.
TEZADLAR.AZ Qırğızıstan KİV-nə istinadən xəbər verir ki, bunu Qırğız Respublikasının iqtisadiyyat və ticarət naziri Daniyar Amangeldiyev bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2023-cü ilin sonuna qədər Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun layihələrin həyata keçirilməsi və işə salınması üçün nəzərdə tutulan bütün vəsaitləri tam həcmdə Milli Bankın hesablarına köçürüləcək.
Bu, fondun işə başlamasına imkan verəcək.
“Bundan başqa, kiçik və orta biznesin dəstəklənməsi üçün mübadilə - əməliyyatları sistemi təqdim olunur. Bu o deməkdir ki, Rusiya-Qırğızıstan İnkişaf Fondunun vəsaitləri Maliyyə Nazirliyi tərəfindən milli valyutaya çevriləcək. Bu, bizə imkan verəcək ki, gələn ildən başlayaraq kiçik və orta biznesi daha aşağı faizlərlə maliyyələşdirək”, - deyə Daniyar Amangeldiyev bildirib.
Xatırladaq ki, Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun yaradılması haqqında saziş 11 oktyabr 2022-ci ildə Bişkek şəhrində imzalanıb. Belə ki, ikitərəfli investisiya fondunun nizamnamə kapitalı $25 milyon təşkil edəcək, mənzil-qərargahı isə Bişkek şəhərində yerləşəcək.
JASMİN