Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov seçiciləri ilə görüşüb, onların təkliflərinə dinləyib, bəzi məsələr barədə müzakirələr aparıb.
Bu barədə deputat özü sosial şəbəkə hesabında məlumat paylaşıb.
O, vurğulayıb ki, Böyük Bəhmənli kənd sakinləri ilə görüşün əsas məqsədi kənddə yenidən qurmaq istədikləri Şəhidlər Parkı ilə bağlı olub.
“Füzuli rayonu Böyük Bəhmənli kəndində bir qrup sakinlər ilə görüşüb kənddə yenidən qurmağı planlaşdırdığımız Şəhidlər Parkı ilə bağlı müzakirələr apardıq. Hazırlanmış ilkin layihəyə baxdıq və fikir mübadiləsi etdik. Gələn ilin fevral ayından etibarən parkın yenidənqurulmasına başlamaq niyyətindəyir. Bu məsələdə bütün imkanlarımızı mobilzasiya etməyi qərarlaşdırdıq.
Qərara gəldik ki, gələn ay yenidən görüşüb parkın layihəsinin son müzakirəsini aparaq. Daha sonra isə parkın yenidənqurulmasına başlanılacaq.
Xatırladım ki, Böyük Bəhmənli Azərbaycanda ən çox şəhidi olan kəndlərimizdəndir.
Şəhidlərimizi qürurla anırıq. Allah bütün şəhidlərimizə rəhmət etsin”, - deyə Vüqar Bayramov bildirib.
JASMİN