Dəmir yolu nəqliyyatı ilə 2023-cü ilin yanvar-noyabr aylarında 16,7 milyon ton yük, 6 milyon 342,3 min sərnişin daşınıb.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qeyd edilib ki, 2022-ci ilin eyni dövrü ilə müqayisədə, yük daşınmasında 1,8 faiz azalma, sərnişin daşınmasında isə 39,9 faiz artım müşahidə olunub.
Orta hesabla sutkada 366 vaqon yüklənib, 424 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 18,5 min ton, Qərb istiqaməti üzrə 2,7 min ton, Cənub istiqaməti üzrə isə 0,6 min ton yüklənmə işi yerinə yetirilib.
Ümumilikdə qeyd olunan müddət ərzində nəqliyyatçılar 1 milyard 732 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 88 faizi avtomobil nəqliyyatı, 11,4 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.