Rusiya Paytaxtında ictimai nəqliyyatdan istifadə 10 saat müddətində pulsuz olacaq.
Belə ki, Yeni il gecəsi Moskvada ictimai nəqliyyat pulsuz olacaq. Şəhər sakinləri və qonaqları evlərinə və ya bayram yerinə metro qatarları və yerüstü nəqliyyat vasitələri pulsuz aparacaq.
Moskva meri Sergey Sobyanin bəyan edib ki, paytaxtın ictimai nəqliyyatı bütün Yeni il gecəsi - dekabrın 31-i saat 20:00-dan yanvarın 1-i səhər saat 06:00-a kimi pulsuz fəaliyyət göstərəcək.
O, qeyd edib ki, şəhər sakinləri və qonaqları evlərinə və ya Yeni il şənliklərinin keçiriləcəyi yerə Moskva metrosunun qatarları, həmçinin avtobus və tramvaylar vasitəsilə çatdırılacaq. Moskva rəhbərliyi bu məqsədlə ən populyar və gecə marşrutlarından 158-ni seçib. Bundan əlavə, diametrlərin işi səhər saat 3-ə qədər davam edəcək.
Sobyanin vurğulayıb ki, Milad gecəsində metro və Moskva Mərkəzi Dairəsi (MMD) gecə saat ikiyə qədər, Moskva Mərkəzi Diametri (MMD) - üçə qədər, 151 yerüstü nəqliyyat marşrutu - 03:30-a qədər, 16 avtobus, elektrik avtobusları və tramvaylar - bütün gecə işləyəcək.
Bundan əlavə, şəhər rəhbərliyi metroda Vladimir Putinin Yeni il müraciətini və Sergey Sobyaninin təbrikinin də yayımını təşkil edəcək.
Y.Məmmədli