İrəvanda Makronun komandası Ermənistan hakimiyyətini Qarabağ müharibəsində qisas almağa təhrik etməyə və onların Azərbaycanla sülh müqaviləsi imzalamasına imkan verməməyə çalışacaq.
TEZADLAR.AZ xəbər verir ki, bunu hərbi politoloq, Rusiya İqtisad Universitetinin siyasi təhlil və sosial-psixoloji proseslər kafedrasının dosenti Aleksandr Perendjiev “Vestnik Kavkaza”ya müsahibəsində bildirib.
Perendjiev diqqətə çatdırıb ki, Fransa Ermənistanda Rusiyaya qarşı "ikinci cəbhə" açmaq istəyir və bu həm İrana, həm də Azərbaycana qarşı yönələcək.
“Bu, Cənubi Qafqazda yanğını yenidən alovlandırmaq və bununla da Rusiyaya zərbə endirmək cəhdidir". Fransa mahiyyət etibarı ilə Rusiyaya qarşı Ermənistanda "ikinci cəbhə" açmağa çalışır. Həm də bu cəbhə həm İrana, həm də Azərbaycana qarşı yönələcək. O artıq Ermənistanı silah-sursatla doldurur, fransız hərbi məsləhətçiləri artıq orada işləyirlər. Bir müddət əvvəl Azərbaycan ərazisində fransız casusları aşkarlanıb, bu isə o deməkdir ki, agentlərin toplanması və yaradılması prosesi gedir. Düşünürəm ki, biz, bu regionda Fransadan hələ çox şey görəcəyik”, -deyə politoloq vurğulayıb.
Y.Məmmədli