Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov seçiciləri ilə görüşüb, onların qayğılarını dinləyib.
Bu barədə deputat özü sosial media hesabında məlumat paylaşıb.
O, Füzuli rayonunun Kərimbəyli kəndində fəaliyyət göstərən tibb məntəqəsinin Ermənistan SQ-nini işğalı nəticəsində yararsız vəziyyətə düşdüyünü və kənd sakinlərinə xidmət edən bu məntəqənini təmirə ehtiyacı olduğunu vurğulayıb.
"Füzuli rayonuna növbəti səfərimiz zamanı Kərimbəyli kənd sakinləri ilə görüşüb qayğılarını dinlədik. Müraciətlər zamanı kənd ərazisində yerləşən və 2600 nəfərdən artıq sakinə xidmət göstərən tibb məntəqəsinin yararsız olduğu bildirildi.
Problemin yerində öyrənilməsi məqsədilə kənd sakinləri ilə birlikdə həmin tibb məntəqəsinə baş çəkdik. Tibb məntəqəsinin kollektivi ilə görüş zamanı və baxış zamanı məntəqənin yararsız və qəzalı vəziyyətdə olduğunun şahidi olduq. Ermənistan işğalı zamanı dağıdılan bu tibb məntəqəsində hal-hazırda 9 nəfər çalışır.
Kənd sakinləri tərəfindən tibb məntəqəsinin yenidən qurulmasının vacibliyi vurğulandı. Problemin həll olunması istiqamətində dəstək göstərməyimiz məqsədilə Səhiyyə Nazirliyinə deputat sorğusu göndərmişik və təmaslarımız bu istiqamətdə davam edəcək", - deyə Vüqar Bayramov qeyd edib.
Y.Məmmədli