Türkiyə sağlamlıq turizmində mərkəz ölkəyə çevrilib.

TEZADLAR.AZ xəbər verir ki, ölkənin Ticarət Nazirliyinin rəsmi internet səhifəsində edilən paylaşımda bildirilib ki, Türkiyə tibbi turizmə üstünlük verən ölkələr arasında yeddinci yerdədir.
Ötən il təxminən 1 milyon 400 min insan sağlamlıq turizmi mövzusunda Türkiyəyə üstünlük verib.
Səhiyyə xidməti ixracatı 2 milyard 300 milyon dollara çatıb.
Nazirlik ötən il səhiyyə xidməti sahəsində fəaliyyət göstərən şirkətlərə dəstəyini 281 faiz artırıb.
Ticarət Nazirliyinin açıqlamasında Türkiyənin sağlamlıq turizmindəki payının artırılması istiqamətində işlərin fasiləsiz  davam etdiyi vurğulanıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN