Türkiyə İsrailin hücumlarına məruz qalan Qəzza zolağına ən çox humanitar yardım çatdıran ölkədir.

TEZADLAR.AZ xəbər verir ki, məlumata əsasən, Qəzzaya çatdırılan ümumi humanitar yardımın 26 faizini Türkiyə göndərib. Beləliklə, Türkiyə bölgəyə ən çox humanitar yardım göndərən ölkələrdən birinə çevrilib.
Məlumatda Birləşmiş Ərəb Əmirliklərin (BƏƏ) də 26 faizlik humanitar yardım nisbəti ilə birinci yerdə olduğu bildirilib. 
Bundan əlavə Qəzza zolağına göndərilən  74 təcili yardım maşınından 7-si Türkiyə tərəfindən hədiyyə edilib. 
Türkiyə, Misir və Birləşmiş Ərəb Əmirliklərinin koordinasiyalı səyləri nəticəsində 3204 xəstə və yaralı bölgədən təxliyə edilib.
Türkiyə İsrailin hücumlara başladığı zamandan etibarən Misirlə koordinasiyalı şəkildə Qəzzaya hərtərəfli humanitar yardım çatdırmağa davam edir.

trt

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN