Bu gün saat 09:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən TEZADLAR.AZ-a verilən xəbərə görə, qar örtüyünün hündürlüyü Şahdağda 33 sm olub.

Düşən yağıntının miqdarı Beyləqanda 12 mm, Göyçay, Zərdab, İmişlidə 10 mm, Qrız, Yevlax, Sabirabad, Oğuz, Cəfərxan, Biləsuvar, Kürdəmir, Mingəçevir, Qəbələ, Lerik, Tərtər, Xaltan, Şəki, Naftalan, Qax, Ağdam, Ağstafa, Yardımlı, Altıağac, Quba, Ordubad, Neftçala, Şabran, Qusar, Lənkəran, Qobustan, Zaqatala, Balakən, Ceyrançöl, Tovuz, Gəncə, Şahbuz, Bərdə, Astara, Şamaxı, Şəmkir, Sədərək, Şərur, Naxçıvanda 7 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 3 mm-dək olub.

Daşkəsən, Şəmkir, Şəki, Qax, Göygöl, Şamaxı, Qrız, Neftçala, Yardımlı, Tərtər, Göyçay, Göygöl, Balakən, Qəbələ, Lerik, Sumqayıtda duman müşahidə olunub. Dumanda görünüş 200 metrədək məhdudlaşıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 13 dərəcəyədək, Naxçıvan MR-da 13 dərəcəyədək, Aran rayonlarında 15 dərəcəyədək, dağlıq rayonlarda 6 dərəcəyədək isti olub.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN