Türkiyənin Böyük Britaniyadakı səfiri Osman Koray Ertaş İngiltərədə çıxan “Diplomat” jurnalı tərəfindən hər il verilən “Avrasiya və Balkanlar regionundan ilin diplomatı” mükafatına layiq görülüb.
TEZADLAR.AZ Türkiyə mediasına istinadən xəbər veir ki, jurnalın 14-cü dəfə təşkil etdiyi mükafatlandırma mərasimində Londonda fəaliyyət göstərən xarici diplomatlara 10 regional və tematik kateqoriyada mükafatlar verilib.
Britaniya parlamenti icmalar palatasının sədri Lindsi Hoylun iştirakı ilə keçirilən tədbiri Britaniyanın BBC mətbuat orqanının baş müxbiri Adam Fleminq aparıb.
Mərasimdə Türkiyənin Böyük Britaniyadakı səfiri Osman Koray Ertaş “Avrasiya və Balkanlar regionundan ilin diplomatı” mükafatına layiq görülüb. Səfir mükafatı aldıqdan sonra çıxışında Türkiyəni İngiltərədə təmsil etməyin böyük məsuliyyət və şərəf olduğunu bildirərək səfirlik və baş konsulluğun əməkdaşlarına da təşəkkürünü bildirib.