Azərbaycanı ən çox Rusiyalı turistlər ziyarət etsə də Hindistan gələn turistlərin sayındakı artıma görə birincidir. Bu ilin ilk 8 ayında ölkəyə gələn turistlərin 28.7 faizi Rusiyanın payına düşüb. Daha sonrakı yerləri 16,2 faizlə Türkiyə, 9,2 faizlə Hindistan, 8,1 faizlə İran, 4,4 faizlə Səudiyyə Ərəbistanı, 4,0 faizlə Gürcüstan, 3,3 faizlə Qazaxıstan, 2,8 faizlə Pakistan, 1,8 faizlə Birləşmiş Ərəb Əmirlikləri, 1,7 faizlə Özbəkistan, 1,5 faizlə Çin, hər birindən 1,4 faiz olmaqla Küveyt və Ukrayna, hər birindən 1,2 faiz olmaqla İsrail, Türkmənistan və Oman, 1,0 faizlə Belarus bölüşdürüb, və 10,9 faizi digər ölkələrin vətəndaşları olub.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov sosial media hesabında bildirib. 
O diqqətə çatdırıb ki, gələn turistlərin artım sayında isə Hindistanı Cənubi Koreya (2,2 dəfə), Çin (2,0 dəfə), İspaniya (1,8 dəfə), Qırğızıstan (1,6 dəfə), Filippin (1,6 dəfə), Qazaxıstan (1,6 dəfə), Pakistan (1,5 dəfə), İordaniya (1,5 dəfə).
"Digər ölkələrdə artım dəfə deyil, faizlə ifadə olunur. Göründüyü kimi, Asiyadan , Azərbaycana gələn turistlərin sayında kəskin artım qeydə alınıb.
Bu ilin 8 ayında da Ərəb ölkələrindən gələnlərin sayında daha çox artım qeydə alınıb. Belə ki, həmin müddətdə körfəz ölkələrindən gələnlərin sayı 34,5 faiz, Avropa İttifaqından gələnlərin sayı 27,5 faiz, MDB ölkələrindən gələnlərin sayı isə 20,5 faiz artıb", iqtisadçı qeyd edib.
Vüqar Bayramov vurğulayıb ki, turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur.
"Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor, həmçinin məşğulluğa da xüsusi töhvə verir. Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər. 2024-cü ilin ilk 8 ayında ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunsa da, daha qısa zamanda pre-pandemiya göstəricilərinə çatmaq prioritet olaraq qalmaqdadır", - o qeyd edib.
Göründüyü kimi, Azərbaycan turzmdən gələn gəlirlərini pandemiyadan əvvəlki dövrə çatdıra bilməyib. Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə Azərbaycana gələn turistlər 2 milyard 439 milyon manat pul xərcləyiblər. Və bu baxımdan, hələ də qonşu Gürcüstana uduzuruq...

Xatırladaq ki, Gürcüstanın 2023-cü ildə beynəlxalq turizmdən əldə etdiyi gəlir rekord həddə 4,1 milyard dollara çatıb, hansı ki, 2022-ci ildə 3 milyard 500 milyon dollar idi. Yəni bu ölkədə hələ ötən il turizmdən əldə olunan gəlir pandemiyadan əvvəlki 2019-cu ilin səviyyəsini də 26,2% (856,7 milyon dollar) üstələyib.

Onu da diqqətə çatdıraq ki, Gürcüstanan səfər edənlər sırasında Rusiya vətəndaşları 1,4 milyon nəfərlə öndə gedir, daha sonra isə - ikinci yerdə Türkiyə vətəndaşlarıdır (1,3 milyon).

 

Y.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN