2024-cü ilin II rübündə Gürcüstanda orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,1% (200.4 lari- təxminən 130 manat civarında ) artaraq 2004,9 lari (təxminən 1315 manat) təşkil edib.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə Gürcüstan Respublikasının Milli Statistika Xidməti məlumat yayıb.
Fəaliyyət növlərinə görə aşağıdakı sahələrdə nisbətən yüksək əməkhaqqı qeydə alınıb:
● İnformasiya və rabitə – 3 963,0 lari (əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz artıb);
● Maliyyə və sığorta fəaliyyəti - 3 642,3 lari (artım 14,5%);
● Tikinti - 2 946,1 lari (artım 13,7%);
● Peşə, elmi və texniki fəaliyyət - 2 872,8 lari (artım 13,8%);
Ən aşağı orta əmək haqqı aşağıdakı sənaye sahələrində müşahidə olunub:
● Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq - 1 449 lari;
● Su təchizatı; Kanalizasiya, tullantıların idarə edilməsi və zərərsizləşdirmə fəaliyyəti - 1,248 lari;
● Təhsil - 1 146 lari (təxminən 755 manat);
Orta əməkhaqqına görə regionlar arasında Tbilisi və Mtsxetamtianeti liderdir. Ən aşağı orta əməkhaqqı Quriya, Raça-Leçxum və Kvemo Svanetidədir. 2024-cü ilin II rübündə qadınların orta əmək haqqı 1590,2 lari (təxminən 1045 manat), kişilərinki isə 2413,5 lari (təxminən 1586 manat) müəyyən edilib.
Əməkhaqqının illik artımı qadınlarda 153,1 lari (10,7%), kişilərdə isə 251,8 lari (11,7%) təşkil edib.
Fəaliyyət növlərinə görə bütün sahələrdə kişilərin əmək haqqı qadınların maaşından yüksək olmuşdur.
Qeyd edək ki, Azərbaycanda 2024-cü ilin yanvar-mart aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 9,3% artaraq 985,3 manata yüksəlib.
2024-cü il avqustun ayına oan statistik məlumata görə, Azərbaycanda orta aylıq əməkhaqqı 8% artıb.
2024-cü ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,3 faiz artaraq 1002,4 manat olmuşdur. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
2023-2024-cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 985 manat təşkil edib.
JASMİN