Avropa İttifaqı artıq Ukraynaya avropa perspektivi vəd edib və indi ölkənin Aİ-yə namizəd statusunun verilməsi üçün müraciətinə baxarkən vədini yerinə yetirməlidir.
Ukrayna Milli Vəkillər Kollegiyasının saytında yayılan məlumata görə, bunu Avropa İttifaqı və Avstriya Konstitusiyası naziri Karolina Edtştadler Avropa Vəkillər Kollegiyaları Prezidentlərinin 50-ci Konfransında çıxışı zamanı deyib.
Konfransda Ukrayna Vəkillər Kollegiyasını təmsil edən Ukrayna Milli Vəkillər Kollegiyasının (NABA) sədri Lidiya İzovitovaya müraciət edən Karolina Edtştadler Ukraynayla həmrəy olduğunu və dəstəklədiyini ifadə edib.
O, qeyd edib ki, Aİ üzvlüyünə namizəd statusu Ukrayna üçün son dərəcə vacibdir. Avropa İttifaqının nümayəndələri isə dəfələrlə bəyan ediblər ki, ölkə bu statusu ala bilər və hər hansı əlavə şərtlərdən söhbət getmir.
"Biz sadəcə olaraq, vədimizə əməl etməliyik", - deyə nazir vurğulayıb.
Xatırladaq ki, Ukrayna Aİ –yə üzvlüklə bağlı fevral ayında müraciət edib.
Bir müddət əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Aİ-yə mesaj ünvanlayaraq bildirib ki, biz namizəd statusu əvəzinə heç bir surroqat versiya və ya alternativi, nə olursa olsun, qəbul etməyəcəyik.
“ Bizə Aİ üzvlüyünə namizəd statusu lazımdır -namizədliyə namizəd, potensial namizəd, yaxud başqa surroqat yox. Biz bu oyunu çoxdan oynayırıq və onun necə işlədiyini bilirik", - Kuleba vurğulayıb..
İyunun 11-də isə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Kiyevdə prezident Vladimir Zelenski ilə danışıqlar aparıb və Ukraynanın Aİ-yə üzvlük müraciətinin qiymətləndirilməsini gələn həftənin sonunadək yekunlaşdıracaqlarını bildirib.
Ukrayna nəticəni gözləyir...
JASMİN