AZƏRBAYCANDA DAVA-DƏRMANLA ALVER EDƏN DƏLƏDUZLAR VAR- DEPUTAT
Bu gün millət vəkili Rüfət Quliyev "Təzadlar" qəzetinin youtube üzərindən yayımlanan TEZADLAR TV internet kanalının qonağı oldu... Deputat olduqca maraqlı məqamlara toxundu, Azərbaycanda bəzi işbazların insanların həyatının bəzən asılı olduğu dava-dərman alveri ilə məşğul olmasından, bir çox iri ticarət şəbəkələri rəhbərlərinin təəssüf doğuran qiymət maxinasiyalarından (vitrindəki malın üzərinə yazılan qiymətlə kassa aparatının yaddaşına yazılan qiymət arasındakı fərq fırıldağı), eləcə də Ermənistanın sülh sazişini uzatma səbəblərindən və s. danışdıq.
Razılaşdıq ki, həftənin 3-cü günü canlı efirdə bu məsələlərə daha ətraflı toxunaq.
A.Məmmədli