Tezadlar.az-a Kəlbəcər rayonundan məcburi köçkün İsbəndiyarov Əlimirzə Köçəri oğlunun qanuni nümayəndəsi  (bacısı) İsbəndiyarova Cəmilə Köçəri qızınin Ali Məhkəmənin sədri Ramiz Rzayevə ünvanlanmış müraciəti daxil olub.

Müraciətdə deyilir:

"Hörmətli cənab sədr!

Bakı şəhəri Nizami rayon məhkəməsinin 07.06.2021-ci il tarixli, 2 (007)-1897/2021 saylı qətnaməsinə əsasən (hakim Qumru Əliyeva) cavabdeh “T.T.Ş.-İNŞAAT” MMC və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı, “vurulmuş maddi və mənəvi zərərin” ödənilməsi tələbi”nə dair” iddia tələbim rədd edilmişdir.

Nizami rayon məhkəməsinin qətnaməsindən vermiş olduğum apellyasiya şikayətim Bakı Apellyasiya Məhkəməsinin 09.06.2022-ci il tarixli,  2(103)-467/2022 saylı qətnaməsi ilə təmin edilməmiş,qətnamə dəyişdirilmədən saxlanılmışdır.

İşə qanun və hüquq üzrə baxan apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılması üçün qanunla nəzərdə tutulan bütün tədbirlər görülməmiş, nəticədə, iş üzrə qanunsuz və əsassız məhkəmə aktı qəbul olunmuşdur.

Belə ki, məhkəmə qətnamə qəbul edərkən yalnız iş üzrə keçirilməsi qeyd olunan (əslində formal olaraq keçirilmiş) məhkəmə tikinti-texniki ekspertizasının əsassız (formal) rəyinə istinad etmişdir. Buna baxmayaraq, məhkəmə ekspert rəyində “müəyyən edilmiş hesab edilən halların” işin faktiki hallarına qəti uyğun gəlmədiyinin fərqinə varmamışdır və bu halların araşdırılması üçün qanunla müəyyən edilmiş hər hansı bir tədbiri görməmişdir.

Məhkəmə qətnaməsindən görünür ki, məhkəmə işin obyektiv, ədalətli həllində maraqlı olmamış, cavabdehin mənafeyini əsas tutaraq qərəzli, ədalətsiz qətnamə qəbul etmişdir. Təəssüf edirəm ki, bu gün məhkəmələr ədalətsiz qərarlar qəbul etməkdə çox maraqlı görünürlər. Əgər belə olmasaydı məhkəmə təqdim edilmiş kifayət qədər mötəbər sübutları bir kənara qoyub, cavabdehin xeyrinə əsassız qətnamə qəbul etməzdi.

Cənab sədr!

Məhkəmə hüquq sahəsində apardığınız islahatlar təəssüf ki, bir çox hakimlərə hələ də çatmayıb və ya həmin hakimlər bu islahatlara qoşulmaq istəmirlər. Əgər belə olmasaydı, hazırkı mübahisə üzrə qanunsuz, əsassız və ədalətsiz qərar qəbul olunmazdı.

Biz məcburi köçkünlərə verilmiş mənzillər çox aşağı səviyyədə, demək olar ki, təmirsiz vəziyyətdə tələsik təqdim edilmiş və bizləri təcili olaraq həmin mənzillərə məcburi şəkildə köçürmüşlər. Biz həmin mənzilə köçürüldükdə mənzilin əvvəlki vəziyyəti videoya çəkilmişdir. Mənzilə köçdükdən bir neçə gün sonra mənzilin santexnika qovşağı sıradan çıxmış, aşağı mərtəbədə yaşayan qonşuların mənzillərini su basmışdır. Bu barədə həm “Qaçqınkom”a həm də mənzilləri tikən şirkətə yazılı müraciətlər edilmiş, lakin heç bir qurum bu qüsurları aradan qaldırmaqda maraqlı olmamışdır. Biz məcbur qalıb borc alaraq əsaslı təmir işləri aparıb mənzili yaşayışa yararlı vəziyyətə gətirmişik. Bütün təmir işlərinə 26.000 manatdan artıq vəsait xərcləmişik. Mənzilin təhvil verilməsi anında və təmir edildikdən sonrakı görüntüləri tərəfimizdən videoyaddaşa köçürülmüşdür. Təəssüflər olsun ki, dövlətin milyonlarla vəsaitini mənimsəyən pordatçı təşkilat və onun sifarişçisi “Qaçkınkom” bu məsuliyyətdən kənarda qalmışdır. Məhkəmə “Qaçkınkom”un dövlət müəssisəsi olduğunu əsas gətirərək onu məsuliyyətdən azad etmişdir. Halbuki həm konstitusiyada, həm də digər qanunvericilikdə mülkiyyətin hər hansı növünə üstünlük verilmir. Mən məcbur qalıb təmirə xərclədiyim vəsaitləri himayəmdə olan üç əlil bacı və qardaşımın gündəlik xərclərindən kəsərək təmirə yönəltmişəm. Hesab edirəm ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın rəyinə istinad edərək məhkəmə çəkdiyim xərclərin mənə qaytarılması barədə iddia tələbimi təmin etməli idi.

Lakin hakimlərin ədalətsiz qərarlarına görə cəzasız qalması bu gün də minlərlə vətəndaşın hüquqlarının pozulmasını labüd edir. İşə baxan hakimlər qəbul etdikləri qərarların məsuliyyətini hiss etmirlər. Hazırkı iş üzrə işə baxan hakimlər mənim və himayəmdə olan əlil bacı və qardaşlarımın hüquqlarını pozmaqla əslində qanunları pozur və sonda ölkə başçısının iradəsinin əleyhinə gedirlər.

Cənab sədr!

Hazırda bu mübahisə üzrə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən Ali Məhkəməyə kassasiya şikayəti vermişəm. Lakin ümidim yoxdur ki, kassasiya şikayətinə ədalətlə baxılacaq. Ona görə sizdən xahiş edirəm ki, bu şikayətimi diqqətinizdə saxlamaqla mübahisəyə ədalətlə baxılması üçün işin Ali Məhkəmədə nəzarətə götürülməsinə dair müvafiq tövsiyələrinizi verəsiniz".

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

Pin It

  Xalq yazıçısı Çingiz Abdullayevin təqdimatı və xeyir-duası ilə Ruhiyyə Poladova DAMM-nin 1-ci vitse- Prezidenti seçildi…

Pin It

Xəbər verildiyi kimi, bu günlərdə Azərbaycan Respublikasının sabiq Baş Prokuroru, sabiq səfir Eldar Həsənovun ailə üzvlərinə məxsus müsadirə qərarından verilmiş  kassasiya şikayətləri qismən təmin olunmuşdur...
Pin It

Torpağı Vətən edən şəhidlər  ən yüksək fəxarətə layiqdir...

Pin It

Azərbaycanda çoxsaylı QHT-lər vardır və onların da çoxsaylı layihələri mövcuddur...
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN