Saakaşviliyə qarşı edilən hörmətsizlik ciddi müzakirələrə səbəb olub...
"NİZAMİ, QABİL HARDADIR?"- MURTUZ ƏLƏSGƏROV
"MEDİA KÖNÜLLÜLƏRİ"NİN TƏLİMİ UĞURLA YEKUNLAŞIB
Medianın İnkişafı Agentliyinin “MEDİA könüllüləri” üçün təşkil etdiyi peşəkar inkişaf təlimləri uğurla yekunlaşıb.
Xəbər verdiyimiz kimi, 2021-ci ilin sentyabr-noyabr aylarını əhatə edən proqramın məqsədi gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların təcrübi biliklərini artırmaq, yaradıcı-innovativ potensialını stimullaşdırmaq olub. Proqram çərçivəsində könüllülər 30-a yaxın fərdi və peşəkar inkişaf təlimlərində, 10-a yaxın yerli və beynəlxalq tədbirlərdə, müxtəlif sosial aksiyalar və layihələrdə, eyni zamanda İTV-də təcrübə proqramlarında iştirak edib.
Birinci könüllülük proqramının yekunlaşması ilə bağlı "MEDİA könüllüləri" ilə görüşən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov proqramın nəticələrini müzakirə edib və məzun könüllülərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Proqramı uğurla başa vuran könüllülər sertifikatlarla təltif olunub.
E.ŞİRİNOV
"TƏRTƏR İŞİ" İLƏ BAĞLI DAHA BİR İCTİMAİ NARAHATLIQ MƏKTUBU
Yazıçı-publisist, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Yazıçılar və Azrbaycan Jurnalistlər Birliyinin üzvü Atababa İsmayıloğlu (Hacıbabayev) Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə müraciət ünvanlayıb.
AZƏRBAYCAN UŞAQLARININ V ÜMUMRESPUBLİKA FORUMU KEÇİRİLİR
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun, “Regional İnkişaf” İctimai Birliyinin və BMT-nin Uşaq Fondunun (UNİCEF) birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu keçirilir.