…Hövsanda yaşayan oxucumuz Azər Nağıyev «Təzadlar»ın facebook səhifəsinə aşağıda təqdim edilən fotoşəkilləri göndərib.

Həm də yazır: «Hər gün səhər Qala, Mərdəkan, Hövsan, Türkan, Zaqulba, Buzovnadan və Aeroportdan gələn avtomobillər Heydər Əliyev prospektindəki tıxaca düşməmək üçün «Beton yol» adlandırılan yoldan istifadə etməklə şəhər istiqamətinə daxil olur. Mən də eyni qaydada Hövsan istiqamətindən gələrək bu yoldan istifadə edirəm. Zığ qəsəbəsindən «Beton yol»dan əvvəllər yolun sağ və sol hissəsinə keçid yox idi. 10 gün olar ki, burada vətəndaşların xahişi nəzərə alınaraq idarəedilən işıqfor və piyada keçidinin olduğunu bildirən asfaltüstü keçid qoyulub. Amma indi də sürücülər bir problemlə qarşılaşıblar. Belə ki, həmin yerdə işıqfor qoyulub və piyadalar yolu bu və ya digər ərazilərə keçəndə işıqforu yandırıb keçirlər. Şəhər istiqamətinə gələndə 110 km/-saat sürət həddi olan yolda buraya yaxınlaşanda əvvəl 90, sonra 70 və işıqfor olan əraziyə çatanda isə 60 km-saat sürət nişanı qoyulub. Amma hər gün səhərlər işə tələsən sürücülər döngədən «Naxçıvanski uçiliş»ə çathaçatda Yol Polisi avtomobilinin avtobus dayanacağının yanında dayandığını görür. Burada işıqfor olduğundan və 60 km-saat sürət xəbərdardici nişanı qoyulduğundan kimsənin ağlına hardan gələ bilər ki, DYP avtomobili burada sürət həddini ölçələrək tutalım 71 km-saat sürətlə gələn (çünki ora 50 metr qalmış 70 km-saat sürət həddi nişanı qoyulub) avtomobil sahibinə cərimələr yazmaqla məşğuldur. Bəli, yol polisi əməkdaşı istənilən yerdə və qanun yol verən formada sürət həddinə və s. nəzarəti həyata keçirə bilər. Amma sual olunur: əvvəla, şəkildən də görürsünüz ki, DYP avtomobili avtobus dayanacağının 2-3 metrliyində dayanıb, bu da qayda pozuntusudur. İkincisi, əgər 99-YP-457 dövlət nömrə nişanlı DYP avtomobilində əyləşən inspektorların həqiqətən də məqsədi qayda pozuntusunun qarşısını alaraq bu avtodayanacaqdakı piyada-sərnişinlərin həyatının təhlükəsizliyini nəzərə alimaqdırsa, niyə işıqfor və asfaltüstü piyada keçidi olmayan vaxtlarda da bu ərazidə çəkmirdilər??? Halbuki bu nəzarət o vaxtlar çox vacib idi. Yəni, səhər saatlarında tıxaclı yollara nəzarəti buraxıb burada sürət həddini nabələdlikdən 1-2 km-saat sürət həddi ilə keçənlərə cərimə yazmaq nə dərəcədə səmimiyyətdən xəbər verir? Sanki bu inspektorların məqsədi hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək yox, sürücülərə cərimə yazmaqdır. Bakını göydələnlərlə «bəzəyən» işbazların əlindən hər gün saatlarla keçilməz olan mərkəzi küçələrdəki tıxaclarda qalan biz sürücüləri narahat edən də elə budur… Xahiş edirəm, bu qeydlərimi ictimailəşdirin ki, nabələd sürücülərimiz bu ərazidəki tələyə düşüb durduqları yerdə cərimlənməsinlər. Təsəvvür edin, taksi sürücüsü səhər-səhər müştəri dərdi çəkir, tıxac fikrini edir, izafi yandıracağı benzinin qayğısını düşünür və axşam evə çörək almaq barədə fikirləşərkən qəfildən telefonuna mesaj gəlir ki, 10 manat, yaxud 20 manat cərimələndiniz! Di gəl bütün günü işlə ki, bu cərimələrdən xilas ol! Evə çörək almasa da olar axı, təki cərimələr ödənilsin… ».

Əlavə şərhə ehtiyac görmürük…

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN