booked.netbooked.net booked.net  

Xəbər verdiyimiz kimi, Yardımlı rayonunda bir uşaq anası olan qadın

 sağ-salamat olan bacısının ərinə zorla ərə getməyə məcbur edildiyi üçün övladı ilə bərabər paytaxta – Bakıya qaçmaq məcburiyyətində qalıb.

"Təmiz Dünya" Qadinlara Yardim Ictimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, qadınla, yəni baldızı ilə evlənmək istəyən şəxs qızın xəbəri olmadan kəbin kəsdirib və deyib ki, sən mənim kəbinli arvadımsan: " "Ər" qızı boğaraq zorla onda ərdə olmasını tələb edib. Maraqlı bilrisiz nədir? Orta əsr qaydalarını icra edən gələcək "ər" rayonun Arvana kənd məktəbinin direktorudur.  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, mümkünsə bu direktorla məşğul olun. Əgər bu belədirsə, həmin məktəbdə orta əsr adətlərinin mövcud olması qaçılmazdır.  Keçək ikinci məsələyə: Yardımlı polis əməkdaşı (adını bilmirəm) mənə zəng vurdu ki, Sizdə yardımlı vətəndaşı varmı? Bildirdim ki, var. Dedi həmin "ər" gəlib qızı götürmək istəyir. Xəbərdarlıq etdim ki, yerini qətiyyən bildirməyin.  Üstündən 3 saat keçməmiş bizim bu polis əməkdaşı bütün nəsli yanına alıb gəlib qapımıza. Əməkdaş polisə yeri bildirməmək kimi məsuliyyətlə bağlı məlumatlandırıldığını bildirsə də, cavab verilir ki, adam axtarışa verilib, gətirməliydim. Qardaş isə polisin yanında hədə-qorxu gəlib əməkdaşmıza, amma polis hədənin qarşısını almayıb”, - deyə o, bildirib. Qeyd edək ki, Mehriban Zeynalova Binəqədi rayon Polis İdarəsinin Xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Axundov Vüsal Həsən oğluna minnətdarlıq edərək vurğulayıb ki, məhz O,  qadına dərhal ilkin yardım göstərib və sığınacağa getməsinə kömək edib: ”Qida, ayaqqabı həm uşağa, həm də qadına alınıb və sığınacağa istiqamətləndirilib”,- deyə Mehriban Zeynalova Binəqədi polisinə təşəkkürünü bildirib.

  P.S.Elə biz də Azərbaycan polisinin əsl comərdliyini, xeyirxahlığını, insanpərvəliyni, ədalətini... nümayiş etdirən polkovnik-leytenant Vüsal Axundova və Binəqədi RPİ-yə sonsuz təşəkkür edirik.

 JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN