Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev  Belçikanın Gent Universitetinin Türk dili bölməsinin rəhbəri professor Yohan Vandevalleni qəbul edib.

Universitetdən "Təzadlar"a verilən məlumata görə, Rektor Anar Nağıyev qonağı salamlayaraq, onu BSU-da görməkdən məmnunluğunu bildirib. BSU-nun tarixi haqqında məlumat verən rektor universitetin fəaliyyət istiqamətləri, təhsil proqramları, beynəlxalq əlaqələrindən söz açıb. Uzun illər rus dili və ədəbiyyatı üzrə pedaqoji kadrların hazırlandığını diqqətə çatdıran Anar Nağıyev  slavyanşünaslıq, bununla yanaşı, hazırda universitetdə tərcümə, o cümlədən beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasları üzrə yüksək ixtisaslı kadr hazırlığı aparıldığını qeyd edib. Şərqi Avropa ölkələri üzrə, həmçinin Türkiyə üzrə ixtisasların, çex, bolqar, yunan və digər dillərin tədris olunduğunu vurğulayıb. BSU-da Türkiyə Araşdırmalar Mərkəzinin fəaliyyətinə diqqət çəkən rektor universitetin Türkologiya kafedrasının fəaliyyətinə də toxunub. Anar Nağıyev BSU-nun Avropanın bir sıra universitetlərində Azərbaycanşünaslıq mərkəzlərinin fəaliyyətini qeyd edərək, təhsil və mədəniyyətimizin xaricdə tanıdılmasında sözügedən mərkəzlərin rolunu vurğulayıb.

Gent Universitetinin Türk dili bölməsinin  rəhbəri professor Yohan Vandevalle səmimi qəbula görə təşəkkür edərək, təmsil etdiyi ali təhsil ocağı haqqında danışıb. Qonaq Gent Universitetində başçılıq etdiyi Türk dili bölməsinin fəaliyyətindən söz açıb.  O, Gent Universiteti ilə BSU arasında əməkdaşlıq  əlaqələrinin qurulmasında maraqlı olduğunu deyib. Görüşdə iki universitet arasında mümkün əməkdaşlıq imkanları, tələbə və akademik heyətin mübadiləsi, tədqiqat layihələrinin həyata keçirilməsi müzakirə olunub. Müzakirə edilmiş məsələlərin daha detallı və işçi qaydada davam etdirilməsi qərara alınıb.

A.Məmmədli

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN