Milli Məclisin deputatı Etibar Əliyev Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovla bağlı şok iddia ilə çıxış edib.
E.Əliyev özünün sosial şəbəkə hesabında keçmiş sədri savadsızlıqda ittiham edərək onun saxta diplom aldığını yazıb.
Yenisabah.az deputatın iddiasını araşdıraraq onun haqlı olduğunu üzə çıxarıb. Məlum olub ki, 1960-cı ildə Naxçıvanda doğulan Vasif Talıbov BDU-da hüquqşünas ixtisası üzrə ikinci təhsil alıb və 1998-ci ildə bu ali məktəbdən məzun olub. V.Talıbov həmin illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı və Naxçıvan Ali Məclisinin sədri olub.
Araşdırmalar zamanı V.Talıbovun bir dəfə belə sessiyalarda iştirak etmədiyi, hətta imtahanlara qatılmadığı məlum olub.
Qeyd edək ki, həmin vaxt BDU-nun rektoru sabiq təhsil naziri Misir Mərdanov olub. V.Talıbov saxta diploma M.Mərdanovun rektor işlədiyi dövrdə alıb.
TEZADLAR.AZ