Almaz Ağayeva: «Əmin edirəm ki, həyat yoldaşımın heç bir dini təşkilat və ya şəxslərlə zərərli iş birliyi, əlaqəsi olmayıb…»

Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi- 553, ev-2-də yaşayan Ağayeva Almaz Balabəy qızı həyat yoldaşının həbsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlayıb. Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə, Azərbaycan Respublikasının Daxili işlər naziri Vilayət Eyvazova, Azərbaycan Respublikasının Milli təhlükəsizlik naziri cənab Əli Nağıyevə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) xanım Səbinə Əliyevaya və «Təzadlar» qəzeti redaksiyasına ünvanlı müraciətdə deyilir:

-Çox hörmətli cənab Prezident!

Hörmətli cənablar!

Bildirirəm ki, 10 mart 2023-cü il tarixdə polis əməkdaşları həyat yoldaşım Ağayev Eldəniz Fətulla oğlunu iş yerindən apararaq həbs ediblər. Həbs edilən günü belə əsas gətiriblər ki, onun  dindar dostları ilə vatsap yazışmaları vardır. Lakin bu yazışmalarda zərərli fikirlər, eyni zamanda həbs üçün əsas olan heç bir maddi sübut yoxdur. Sonradan bildirilib ki, guya o, narkotik vasitə istifadəçisidir. Mən ailənin xanımı olaraq məsuliyyətimlə deyirəm ki, onun nə dindarlarla, nə də narkotik istifadəçiliyi ilə heç bir əlaqəsi yoxdur. Həyat yoldaşım Eldəniz Ağayev bu yaşına qədər narkotikin nə olduğunu bilməyib və onu heç vaxt görməyib. İnanclı adam olub və iş yerində də Quranı, möhürü daim yanında olmuşdur, namaz qılırdı. Onun iş yerində, yaşadığı ünvanda kimdən soruşsalar dediklərimi təsdiq edər. Bizim biri azyaşlı olmaqla iki övladımız var. Kirayədə yaşayırıq. Güzəranımız heç də yaxşı deyil, sıxıntı ilə yaşayırıq.  Eldəniz  çox böyük maddi çətinliklə ailəni dolandırırdı. Özü də ağır ürək xəsəliyindən əziyyət çəkir. Hazırda saxlanıldığı Kürdəxanı təcridxanasında böyrəklərinin ağrısı ona əzab verir. Mən və həyat yoldaşım Eldəniz Ağayev Ulu Öndərimiz Heydər Əliyevin işıqlı ideyalarına kiçik əməyimizlə bir vətəndaş olaraq daim sədaqət nümunəsi göstərmişik. Həbsxana həyatı yüksək mənəviyyatlı, saf, pak əqidəli, dövlətin qanunları ilə müəyyən edilmiş bütün tələbləri vicdanla yerinə yetirən həyat yoldaşıma yaddır.

Cənab Prezident! Bu il bütün Dünya azərbaycanlıları, o cümlədən ailəmiz üçün çox əlamətdar olan hadisədir - Ulu öndərimiz  Heydər Əliyevin 100 illik yübileyidir. Bu əziz günlərdə Sizin köməkliyinizə, qayğınıza ümid edərək əminəm ki, günahı, təqsiri olmadan həbs edilmiş həyat yoldaşım Eldəniz Ağayev azad ediləcək və ailəsinə, gözü yolda qalan balalarına qovuşacaqdır.

Hörmətlə:

Ağayeva Almaz Balabəy qızı

31 mart 2023-cü il.

 

 

 

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN