"....İsrail ilə dostluğumuza və səfirlik açmağımıza qısqanclıq və düşmənçilik prizmasından baxır."
***
Iranın Azərbaycan dövlətinə, vətəndaşlarına, xalqına qarşı yürütdüyü qərəzli və düşmənçilik siyasətini şiddətlə qınayıram. Təəssüflə deməliyik ki, o, aramızda olan körpüləri Tehranda səfirliyimizdə törətdiyi terror aktı və deputat Fazil Mustafanın həyatına sui-qəsd aktı törətməklə demək olar ki, tam yandırıb.
Bunu Milli Cəbhə Partiyasının lideri, millət vəkili Razi Nurullayev Milli Məclisdəki çıxışı zamanı bildirib.
O, vurğulayıb ki, ölkəmiz hələ də münasibətləri qorumağa çalışır, lakin İran Azərbaycanın işlərinə qarışmaq istəyir. 
"Hələ də ölkəmizdə siyasi stabilliyin, əmin-amanlığın pozulması üçün daima fəaliyyətdədir.
Dövlətləri birləşdirən körpülərin iki tərəfi olur. Onlar öz tərəflərinə düşən hissəni yandərsalar da biz öz tərəfimizdə olan hissəsini qoruyub saxlamaq cəhdi edirik. Bu da bizim dövlətimizin daha müdrik olmasının, region ölkələrinin maraqlarını və çıxarlarını nəzərə almaq istəyimizdən irəli gəlir. Iranın dövlətçilik tarixi qədim olsa da, müasir düşüncə tərzi çox primitivdir, apardığı geopolitik siyasət isə arxaikdir.
Iran dövləti bizə gözdağı olaraq torpaqlarımıza təcavüz edən və bu gün də militarist siyasət yürüdən Ermənistanla nümayişkəranə tərəfdaşlıq edir və onu siyasi alət kimi bizə qarşı istifadə edir. Özünün bu cür düşmənçilik siyasətinin müqabilində isə bizim İsrail ilə dostluğumuza və səfirlik açmağımıza qısqanclıq və düşmənçilik prizmasından baxır. Necə yəni sənə olar, bizə yox?", - deyə qeyd edib.
Millət vəkili diqqətə çatdırıb ki, heç kəs Azərbaycanla təhdid dili ilə danışa bilməz və İranı hədə -təhqir dolu ismarıclarını kənara qoyaraq səfirliyimizə edilmiş hücuma, MM-in deputatı Fazil Mustafaya qarşı törədilmiş sui-qəsdə görə üzr istəməyə səsləyib.
"Ümumiyyətlə, başa düşə bilmirəm ki, bu qonşu dövlətlərdə özünü böyük qardaş kimi aparmaq hissi niyə günü-gündən güclənir? Axı müasir insan niyə feodal təfəkkürünə geri dönüş edir? Biz hansı əsrdə və zamanda yaşayırıq? Azərbaycan dövləti üçün böyük və kiçik qardaş prinsipi yoxdur, sadəcə qardaş ölkə, dost ölkə, qardaş xalq və dost xalq prinsipləri var.
Iranla qonşuluq münasibətlərinin qurulması üçün gərək bu dövlət bizə qarşı əsassız hədələrini, təhqir və hücumlarını kənara qoysun, Tehranda səfirliyimizə qarşı törətdiyi terror aktına və deputat Fazil Mustafanın həyatına qarşı təşkil etdiyi sui-qəsdə görə üzr istəsin. Yalnız bu halda, münasibətlərin tezliklə normallaşması baş verə bilər. Əks halda, bu düşmənçilik heç bir tərəfə, xüsusən də onlara xeyir gətirməyəcəkdir, bunu da bilsinlər", -deyə o, əlavə edib.
JASMİN
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN