Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov parlamentin

bu gün keçirilən iclasında etiraf edib ki, böyük alim Ziya Bünyadovun və yazıçı Rafiq Tağının qətlinin sifarişi də qonşumuz İrandan gəlib.

 “Ziya Bünyadovun, Rafiq Tağının qətlinin sifarişi də İrandan gəlmişdi. Belə hücumlar heç bir nəticə verməyəcək, Azərbaycanın təhlükəsizliyi etibarlı əllərdədir, bu hücumları quranların elə özlərinin başında çatlayacaq”, - Z.Əsgərov bəyan edib.

***

Xatırladaq ki, şərqşünas, tarixçi alim, Sovet İttifaqı Qəhrəmanı, Dövlət Mükafatı Laureatı və əməkdar elm xadimi Ziya Bünyadov 1997-ci il fevral ayının 21-də yaşadığı binanın qarşısında cinayətkar qrup tərəfindən qətlə yetirilmişdir. Onun 73 yaşı vardı. KİV-də cinayətkarların İrana qaçdığı barədə məlumatlar yayılmışdı.

Qnu da qeyd edək ki, akademik 1991-ci ildə professor Vasim Məmmədəliyevlə birlikdə Quranın azərbaycan dilinə tərcüməsini başa çatdırmışdır.

Maraqlı məqamlardan biri də Ziya Bünyadovun məzarüstü abidəsi ilə bağlıdır. Belə ki, heykəltəraş Ömər Eldarov Bünyadovun ayağının altında əzilmiş ilan da yapıb...

İxtisasca həkim olan, filosof -yazıçı Rafiq Tağı isə 2011-ci il noyabrın 19-da naməlum şəxslər tərəfindən bıçaqlanır. Bir neçə bıçaq zərbəsi alan Rafiq Tağı əməliyyat olunsa da onun həyatını xilas etmək mümkün olmayıb. Əməliyyatdan sonra vəziyyəti bir müddət stabilləşən yazıçı bu ərəfədə jurnalistlərin suallarını cavablandırmış, hücumun oğurluq motivli olduğuna inanmadığını, "İran və Qloballaşma qaçınılmazlığı" məqaləsi ilə bağlı ola biləcəyini qeyd etmişdir. Rafiq Tağı bıçaqlandıqdan 4 gün sonra - noyabrın 23-də Bakıdakı 1 saylı xəstəxanada vəfat edib.

O zaman yazıçı Seymur Baycan da müsahibəsində bildirmişdi ki, Rafiq Tağının ölümünə səbəb yazılarında İranı və dini cəhaləti tənqid etməsi ola bilər:

«Öldürülməzdən öncə İran haqqında çox sərt yazı yazmışdı. Bundan sonra İran ayətullahları onun haqqında ölüm fitvası çıxarmışdılar”, - deyə o, qeyd etmişdi.

 

JASMİN

.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN