AQTA - Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi — qida təhlükəsizliyinin tənzimlənməsini təmin etmək üçün yaradılmış dövlət qurumudur.

Qurum dövlət başçısı İlham Əliyevin 10 fevral 2017-ci ildə imzaladığı müvafiq Sərəncamla təsis edilmiş, həmin ilin 25 dekabrından isə Agentliyə bir daha ölkə başçısının müvafiq Sərəncamı ilə Qoşqar İlahi oğlu Təhməzli sədrlik edir.

Qurumun fəaliyyət mexanizminin təsnifatlaşdırılmış bir neçə funksiyaları da işlənib hazırlanmışdır ki, bunlar aşağıdakılardır:

  • müvafiq sahədəki mövcud vəziyyəti təhlil etmək, dövlət tənzimləmə və nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq və təqdim etmək;
  • müvafiq sahədəki tənzimləmə fəaliyyətindən irəli gələn vəzifələri yerinə yetirmək;
  • Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin icrasını təmin etmək;
  • dövlət proqramları və inkişaf konsepsiyalarının hazırlanmasını və həyata keçirilməsini təmin etmək üçün müvafiq dövlət orqanları ilə birlikdə müvafiq sahənin inkişafı ilə bağlı prioritetləri müəyyənləşdirmək;
  • müvafiq sahədə risk təhlili, habelə risk qiymətləndirilməsi, risklərin idarəedilməsi və risk məlumatlarını aparmaq;
  • ölkədə qida təhlükəsizliyi üçün qida məhsullarını qeydiyyata almaq, qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sertifikatları ilə təmin etmək;
  • müvafiq dövlət orqanları ilə birlikdə rasional fizioloji normaların hazırlanmasında iştirak etmək;
  • istehlakçıların qida təhlükəsizliyinə dair tələblər barədə tam, dəqiq və yeni məlumat əldə etmələri üçün tədbirlər görmək;
  • müvafiq dövlət orqanları ilə birlikdə qida məhsullarının sınağı üçün laboratoriya sisteminin inkişafı ilə bağlı təkliflər vermək;
  • müvafiq sahədəki sahibkarlığın inkişafı və sahibkarlığa dövlət dəstəyi ilə bağlı dövlət tənzimləməsinin aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirilməsi üçün tədbirlər görmək;
  • əhalini insanlar və heyvanlar üçün ümumi olan xəstəliklərdən qanunla müəyyən edilmiş qaydada qorumaq;
  • epizootik bir plan hazırlamaq və təsdiqləmək;
  • Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının və beynəlxalq ticarətdəki digər beynəlxalq təşkilatların tələblərinə uyğun olaraq öhdəliklərin və qaydaların yerinə yetirilməsinə dair tədbirlər görmək;
  • baytarlıq sahəsində mühasibat və hesabat, habelə heyvanlarda karantin xəstəliklərinin statistik qeydini təmin etmək;
  • ölkədəki fitosanitar vəziyyəti araşdırmaq və bitki qorunması üçün tədbirlər görmək;
  • fəaliyyətləri ilə əlaqəli insan hüquq və azadlıqlarını təmin etmək, pozulmalarının qarşısını almaq;
  • fəaliyyətləri barədə dövlətin məlumatlandırılmasını, rəsmi veb saytının yaradılmasını, qanunla müəyyənləşdirilmiş dövlət məlumatlarının həmin saytda paylaşılmasını təmin etmək və bu məlumatları daim yeniləmək;
  • Agentliyin strukturunun təkmilləşdirilməsi üçün tədbirlər görmək;
  • və nəhayət, Prezidentin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

Gəlin görək bu fəaliyyət mexanizmində göstərilən funksiyaların Qurum tərəfindən ölkəmizin müvafiq sahələrində tətbiqi, xalqımızın sağlamlığı üçün yetərincədirmi?

Vaxtaşırı olaraq istər şadlıq evlərində, istər təhsil müəssisələrinin yeməkxanalarında realizə olunan yemək növlərinin istehlakçılar tərəfindən qəbulu zamanı kütləvi zəhərlənmə hallarını eşidirik və şahidi də oluruq.

img-20230410-wa0002

Məsələn, hazırda Paytaxtın Nəsimi rayonu, Tbilisi prospektində fəaliyyət göstərən "Bakucity" restoranında 2019-cu ilin 23 dekabrında şüşə qablarda qablaşdırılmış "Chivas Regal 12" adlı içkilərdən 2 nəfərin zəhərlənərək dünyasını dəyişməsi bu qurumdan narazılığı gündəmə gətirdi. Qeyd edək ki, sözügedən bədbəxt hadisədən sonra həmin restoran sahibi Kamal adlı şəxs məsuliyyətə cəlb edilsə də, çox təəssüf ki çox az bir müddət keçməmiş, media portallarında adının pis hallanmasında müştəri qıtlığı çəkməsin deyə hazırda həmin restoran, başqa ad altında, yəni "Green Restoran" adı altında yenidən fəaliyyət göstərməyə başladı.  İndi gəlin görək həmin   zəhərlənmə ilə bağlı AQTA hansı qanuni ölçü götürüb nə sanksiya tətbiq etdi həmin sahibkara?

Digər  bir kütləvi zəhərlənmə halı: yenə də paytaxt Bakının Parlament prospekti 7, 11 ünvanındakı 20 saylı məktəb liseyin ümumi yeməkxanasında 2023-cü ilin 6 aprel tarixində quş ətindən hazırlanmış yemək növünün məktəblilərə satılması zamanı həmin saatda 10-dan çox şagirdin zəhərlənməsi bir daha  AQTA adlı qurumun fəaliyyətində hələ də normal nəzarətin olmaması anlamını meydana çıxarmış oldu.

Onu da qeyd edək ki, qurumun bu sözügedən məsələ ilə bağlı müvafiq təftişi təqdirə layiq olsaydı, bu təhsil ocağına rəhbərlik edən Səadət Veyisovanın  məktəb daxilində yeyinti məmulatlarının satışını həyata keçirilən bir hissəsində, müvafiq qurumlarla olan qida  təhlükəsizliyilə bağlı rəsmi sənədləşmə işinin qeyri-düzgün təşkilinə görə də bir sanksiya tətbiq edilərdi.

Daha bir təəssüfedici məqamları özündə birləşdirən sosial, aktual növbəti hal: yenə də paytaxt  Bakının ən çox alış-veriş məkanlarından biri olan Nizami rayonunda illərdir fəaliyyət göstərən 8-ci km bazarında açıq piştaxta üzərində mənşəyi bilinməyən, istehlakı zamanı alıcıya heç bir  sağlamlıq arayışı təqdim edilməyən,  iribuynuzlu mal-qaranın içalat məhsulları üzərinə açıq-aşkar qurdsalıcı drozofil milçəklərinin qonub qanını sorması halları, bu azmış kimi, bazarın çöl hissəsində də hal-hazırda gün ərzində  milyonların axışdığı bu alış-veriş məkanının illərdir nohurlu rütubətli üfunət qoxan  ayaqaltılı hissələrində də çoxnövlü, üzərlərində istehsalçıların adı belə qeyd edilməyən, qurudulub qaxac edilmiş bağırsağlara doldurulub emal edilərək çeşidlənən kolbasaların da satışına bir yoxlama keçirilmir!

Axı  Əhalinin Sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının Qanunu da təsbit edilmişdir. Nə üçün bu qədər müvafiq Qanunvericilik külliyatı olduğu halda, adı çəkilən qurum, istər Respublika GEM (Gigiyena və Epidemiologiya Mərkəzi), istərsə də AQTA dövlət büdcəsindən hər il ayrılan milyonların müqabilində öz üzərlərinə düşən vəzifə öhdəliklərini yerinə yetirmir ki, bugün biz bu mövzuda adıçəkilən siyahını uzatmaq məcburiyyətində qalaq?

Bu aktual mövzulu, müzakirəsi hər vaxt vacib sayılan problemlərin həllinə, inanırıq ki, haqqında söz açdığımız qurumlar medianın haqlı tənqidlərindən nəticə çıxararaq tezliklə həyəcan təbili çalacaqlar və...

Xəyyam Qurbanlı

img-20230410-wa0000

img-20230410-wa0001

img-20230410-wa0004

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN