Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərlinin diqqətinə!

“İSRAİL AHMADOV İNVESTMENT” MMC şirkətinin rəhbəri və təsisçisi Əhmədov İsrail Vaqif oğlu VÖEN ödəyicisi olmasına baxmayaraq, DSMF-nə ödəmələrdə külli miqdarda vergi borcu olmasına və ödəməməsinə baxmayaraq, rahat, maneəsiz şəkildə ölkəni tərk edir, Dubay, Doha və Əbu-Dabiyə gedib-gəlir.

İsrail Əhmədov həmçinin bir neçə xarici ölkələrin iş adamı və imkanlı şəxslərdən Logistik Mərkəz tikintisi adı altında vəsait əldə etmiş, lakin heç bir iş reallaşdırmayıb, ancaq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun İnformasiya Portalına yanlış, qeyri-dəqiq informasiya yerləşdirməklə, hətta  bir neçə işçinin əmək hüquqlarını və bununla da AR.Əmək Məcəlləsinin 172 və 172.2.4 və digər bəndlərini pozub.

Eyni zamanda da  Cinayət Məcəlləsinin 308 və 313-cü maddələrinə əsasən (Vəzifə səlahiyyətlərini aşma və rəsmi sənədlərə müdaxilə edərək düzəliş təhrif etməklə yalan məlumatları informadiya resurslarına yerləşdirməklə) qanunsuzluğa yol verib.

Çox təəssüf ki, bu qanun və hüquqpozmalaıyla bağlı onun barəsində etdiyi bu qanunazidd hərəkətlərin sübut göstəricisi olan  işçi tərəfindən çəkilb saxlanmış videodisk,  işi icraata götürən Şirvan Apellyasiya Məhkəməsinin hakimi Tale Qasımov və  Ali Məhkəmənin hakimi Elşad Şamayevə təqdim olunsa da,  məlum olmayan səbəblərdən bu hakim nə iş üzrə təqdim edilmiş işçinin müddətsiz olaraq bağlanmış əmək müqaviləsi olduğu halda, hətta işdənçıxma haqqında öz istəyilə bağlı guya yazmış olduğu, ancaq ərizənin əgər varsa, İsrail Əhmədov tərəfindən MMC- nin cavabdeh olaraq məhkəməyə təqdim olunmamasına baxmayaraq, işə ədalətsiz baxılaraq İsrail Əhmədovun xeyrinə  Qərarı çıxarılıb.

Çıxarılmış Qərar üzrə qismən təyin edilmiş zərəri ödəməyən İsrail Əhmədov məhkəmə Qərarını belə icra etməməklə çox təəssüf ki, bu gün istədiyi vaxt ölkədən çıxaraq Birləşmiş Ərəb Əmirliyi, Dubay və digər xarici ölkələrə gedib-gəlir...

Araşdırmalarımız davam edir...

Xəyyam Qurbanlı

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN