"...Axı biz boşana-boşana hara gedirik? Bunun qarşısını almaq lazımdır!"

Bu sözləri həyəcanla deyən bir oxucumuz misal da çəkdi: "Çalışdığım fabrikada 46 qadın çalışır, onların 30-u ailəsindən ayrılıb... Onlar atasız böyüyən uşağına atalıq edirlər...".

Bəli, vəziyyət acınacaqlıdır, təsəvvür edin, təkcə bu ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri 7 541 nikah və 3 014 boşanma halı qeydə alıb. Dövlət Statistika Komitəsi də belə bir rəsmi statistikanı ictimaiyyətə təqfim edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,9-dan 4,6-ya düşüb, boşanmaların sayı isə 1,5-dən 1,8-ə qədər artıb.

Bu o deməkdir ki, ailə qurub bu müqəddəs ocağın istisinə qızınmayanlar boşana-boşana gedir. Sosial bəla olan bu problem faciə səviyyəsinə doğru gedir. Və bunun qarşısını almaq isə artıq dövlət qurumlarının ixtiyarında deyil. Təbii ki, sağalmaz bəla olan narkomaniyanın, ciddi problemə çevrilən tüfeyli həyat tərzi və işsizlik bunlara səbəbdir. Lakin məhkəmə təcrübəsi isə sübut edir ki, xüsusən də Türkiyə seriallarına baxan cütlüklər sərbəst həyat arzusu ilə yanlış yola düşüb ayrılmağa könül verirlər. Azərbaycan ailələrinin ənənəvi böyük-kiçik, evin ağsaqqalı və ağbirçəyi və s. kimi atributları isə artıq işə keçmir... Təəssüflər!

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN