...Nazirlər Kabineti xüsusi karantin rejimini daha 40 gün uzatdı...

Bəs karantin rejiminin uzadılması kimə sərf edir? Soaial mediada bu suala fərqli cavablar var. Lakin əksəriyyət fərqli düşünür. Məsələn, fb istifadəmi Samir İsmayılın fikirləri olduqca düşündürücüdür. Yazır: "...Təxminən 25-30 gün idi ki, quru sərhədlərin mayın 1-də açılacağına dair şailər dolaşırdı. Son bir ildə bu artıq adət halını alıb. Şaiələr dolaşır, amma sərhədlər açılmır. Xüsusi karantin rejiminin uzadılmasında AZAL-ın xüsusi marağının olduğu məlumdur. Sərhədlərin açılacağına dair şaiələr də onun maragına xidmət edir. İnsanlar quru sərhədlər açılacaq deyə 2-3 ay əvvəl bilet almır. Səfərə 10-15 gün qalmış əmin olur ki, sərhəd açılmayacaq. Məcbur olub avia bilet alır, amma zaman qısa olduğu üçün 2 dəfə baha. Quru sərhədlərin açılmaması həm də daxili bazarı qorumaq, o cümlədən daxili turizimə dəstək məqsədi daşıdığı məlumdur. Amma Qəbələ rayonun statistika şöbəsinin məlumatı təsdiq edir ki, quru sərhədlərin açılması artıq daxili turizmə kömək edə bilmir. Cari ilin birinci rübünün nəticələrinə görə ötən ilin müvafiq dövrü ilə müqayisədə xarici turistlərin sayının artmasına rəğmən, Qəbələyə gələn turistlərin ümumi sayı 11 faiz azalıb. Azalma daxili turistlərin hesabına baş verib...".

Bu da karantin barədə düşüncələr...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN