Mingəçevir şəhər kimi təşəkkül tapdığı gündən səliqə-sahmanı ilə seçilib...

Azərbaycanın ən iri sənaye şəhərlərindən biri olan Mingəçevirdə uzun illər salınmış küçə və xiyabanlar isə son 30 ildə bu şəhərə rəhbər təyin edilənlərin gözünə qurub-yaradılacaq şəhər kimi deyil, qazanc əldə ediləcək meydan kimi görünüb... SSRİ dağılandan sonra isə bu şəhərin sakinləri üçün iş yeri olan zavod və fabriklərin tifağı dağıdıldı, insanlar iş yeri tapmaq üçün Bakıya üz tutdular... Amma şəhər rəhbərlərinin üzü Mingəçevirə sarı dönmədi... "Təzadlar"ın reportyoru Xəyyam Qurbanlı isə bu şəhərin sakini kimi nələrin baş verdiyini ortaya qoymaq üçün reportaj hazırlayır. Qanqaraldan fotodan görünür ki, ötən gecə yağan yağış şəhərdə göl yaradıb, bu cür səliqəli şəhər yiyə dərdindən bataqlığa çevrilir. Reportyorumuz sosial platformasında isə yazır: "...10 ildə 12 icra başçısı dəyişən Mingəçevir, yazıq şəhərim, sənin halını heç kəs başa düşmədi! Faiq Baxşəliyev, Süleyman, Məhəbbət Qarabağlı, Mübariz Ağayev, Lütfəli Babayev, Niyazi Bayramov, İlham İsmayılov... Əlifba sırasıyla və daha kimlər olmalıdır ki, bu şəhər azacıq yağış yağanda qara günlü olmasın?! Mingəçevirin isə gücü yiyə-vay əlindən hönkürüb ağlamağa çatır! Gpz yaşlarından isə küçələrində gölməçələr yaranıb... Yazıq şəhərim!".

Həqiqətən də, niyə bu cür strateji əhəmiyyətli şəhəri bu günı salırlar, başa düşmək çətindir... 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN