Xətai rayon Mərkəzi Kitabxanasında bu mədəniyyət ocağının kollektivi və LM Akademiyasının birgə təşkilatçılığı ilə Vətən müharibəsi qazilərinin döyüş yoluna həsr olunmuş “Vətən fədailəri” adlı tədbir keçirilib.

Öncə Dövlət Himnimiz səsləndirilib və ərazi bütövlüyümüz uğrunda şəhid olanların ruhu bir dəqiqəlik ehtiram sükutu ilə yad edilib.

Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin qətiyyətli siyasəti və müdrik başçılığı ilə igid Vətən övladlarının qəhrəmancasına döyüşərək öz canları-qanları bahasına bu qələbəni bizə yaşatdıqlarını vurğulayan moderatorlar ordumuzun əsgər və zabitləri qarşısında baş əydiklərini bildirərək, şəhidlərimizə Allahdan rəhmət diləyiblər. Qeyd ediblər ki, Zəfərimizi təmin edən əsas amillərdən biri xalqımızın fədakarlığı, ölkə rəhbərliyi ətrafında yumruq kimi birləşməsi olub.

Xətai rayon İcra Hakimiyyəti “Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili” şöbəsinin böyük məsləhətçisi, qazi baş leytenant Bəkir Əsgərzadə, Finlandiya Azərbaycanlıları Assosiasiyasının həmsədri Arzu Oktay, qazi mayor Taleh Eyyubov, şəhid Aminin atası Mayis Gülməmmədov, Cəbrayıl rayonu Milli Qəhrəman Kazım Məmmədov adına Böyük Mərcanlı kənd tam orta məktəbinin direktor müavini Səidə Quliyeva, Birinci Qarabağ savaşı iştirakçısı Teymur Mustafayev, şəhid Rasim Məmmədovun qardaşı, “Vətən fədailəri” layihəsinin dəstəkçisi Şahin Məmmədov, “Mədəniyyət/Culture” jurnalının redaktoru Qurban Cəbrayıl, “Öndər”TV-nin təsisçisi, “İnkişafa və islahatlara dəstək” İB sədri Ramil Əliyev, “Aran” Media qrupunun rəhbəri Şeyda Əzizova, Baş kitabxanaçı, qazilər anası Ağgül Mərdanova Vətən müharibəsi iştirakçıları, şəhid ailəsinin üzvləri və digər qonaqlar çıxış ediblər. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərmiş Vətən övladlarının döyüş yolunun öyrənilməsi, canlarından keçmiş igidlərin xatirəsinin əbədiləşdirilməsi, onların şücaətinin təbliği, gənc nəslin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi və Azərbaycançılıq məfkurəsinin möhkəmləndirilməsində mədəniyyət, təhsil müəssisələrinin, yaradıcı şəxslərin böyük rolu barədə söhbət açılıb.

Tədbirin ədəbi-bədii hissəsində Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev adına 120 saylı məktəbin XI sinif şagirdi, gənc xanəndə Sevinc Süleymanlı, Cəbrayıl rayonu, Böyük Mərcanlı kənd orta məktəbinin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər və ifalarla çıxış ediblər.

Xətai rayon MKS-nin direktoru Həmidə Məmmədova Vətən müharibəsi şəhid və qazilərinin heç zaman unudulmayacağını, onların həyat və döyüş yolu barədə mütəmadi tədbirlər keçiriləcəyini bildirib, qonaqlara minnətdarlığını çatdırıb.

Sonda xatirə şəkilləri çəkdirilib.

Təranə Quliyeva,

Xətai rayon MKS Uşaq şöbəsinin müdiri

img-20230524-wa0005

img-20230524-wa0001

img-20230524-wa0002

img-20230524-wa0006

img-20230524-wa0008

img-20230524-wa0007

img-20230524-wa0004

img-20230524-wa0003

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN