Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində səsvermənin nəticələri ölkədə diktaturanın olması ilə bağlı iddiaları dəf edib.

Tezadlar.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərin ikinci turu ərəfəsində deyib.

“Mayın 14-də biz Türkiyə demokratiyasının gücünü sandıqlarda gördük”, - deyə o, tvitter hesabında yazıb.

Ərdoğan hesab edir ki, Türkiyə dünyaya nümayiş etdirdi ki, mediada dərc olunan yazılar vasitəsilə ictimai rəyi manipulyasiya etmək cəhdləri heç bir nəticə verməyəcək.

“Türkiyə əleyhinə aparılan dezinformasiya kampaniyasının arxasında da öz ölkələrində seçicilərin yarısını belə seçkilərdə iştirak edə bilməyənlər dayanırdı. Mayın 14-də keçirilən səsvermə ölkəmizlə bağlı yalanları dağıtdı”, - Türkiyə prezidenti bildirib.

Onun fikrincə, Türkiyədə prezident seçkilərinin birinci turu “xalqın uzaqgörənliyini” nümayiş etdirdi.

“Hansı siyasi partiyaya səs verməsindən asılı olmayaraq, 85 milyon insanla birlikdə buna nail olduq. Ümid edirəm ki, mayın 28-dən sonra biz birlikdə ölkəmizin nailiyyətlərini irəli aparacağıq”, - deyə sosial şəbəkələrdəki paylaşımda deyilir.

Bundan əvvəl Ərdoğan prezident seçkilərində müxalifətin altı partiyalı ittifaqından olan rəqibi Kamal Kılıçdaroğlunu Rusiya haqda dediyi sözlərə görə ələ salmışdı. O, Kılıçdaroğluna “siyasəti qətiyyən anlamadığı” üçün “tətilə getməyi” təklif edib.

Türkiyədə prezident seçkilərinin ikinci turu mayın 28-də keçiriləcək. Mayın 14-də keçirilən birinci turda Ərdoğan 49,52 faiz, Kılıçdaroğlu 44,88 faiz səs toplayıb. 5 faiz səs toplayan siyasətçi Sinan Oğan tərəfdarlarını ikinci turda hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğana səs verməyə çağırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN